Mojo.az Banner
23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |    
Left Banner
Right Banner

Tovuzda itkin düşən 13 yaşlı qızın oxuduğu məktəbdən AÇIQLAMA: "Bir az çılğın şagird idi" (YENİLƏNİB)

03.04.2025 13:10 1 479
Tovuzda itkin düşən 13 yaşlı qızın oxuduğu məktəbdən AÇIQLAMA:
Xəbər verdiyimiz kimi, Tovuzda orta məktəb şagirdi, 13 yaşlı qız itkin düşüb. Rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü A.Süleymanova ötən gün axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə qayıtmayıb.

Median.Az
xəbər verir ki, Bizim.Media itkin düşən qızla bağlı bəzi təfərrüatları Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbindən öyrənib.

Məktəbdən bildirilib ki, yeniyetmə travmalı və bir qədər problemli şagirddir. Dəfələrlə məktəb psixoloqu şagirdlə iş aparıb:

"İtkin düşən qız 7A sinfinin şagirdidir. Dünən onuncu dərs saatından sonra gedib. Davamiyyəti hər zaman yaxşı olub, amma oxumağı zəif idi. Bir qədər sözə qulaq asan deyil. Davranışlarında pozğunluq var idi. Müəllimlərə cavab qaytarırdı, bir az çılğın şagird idi. Məktəb psixoloqu onunla məşğul olurdu. Yəni bir sözlə, travmalı uşaq idi".

Məktəb rəsmisinin sözlərinə görə, yeniyetmənin valideynləri boşanandan sonra qızın davranışlarında daha çox problem hiss olunub:

"Ana-ata boşanandan sonra qız ata babası, nənəsi və əmisi ilə qalırdı. Travmalı olsa da, özünü sevən qızdır. İnşallah sağ-salamat tapılar", - deyə məktəb rəsmisi əlavə edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.

* * * * *

Tovuzda 13 yaşlı qız itkin düşüb.


Oxu.az-ın məlumatına görə, aprelin 2-si saat 18:00-da rayonun Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü A.S. oxuduğu kənd tam orta məktəbindən çıxıb və itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner