Mojo.az Banner
19:29 Öldürülən generalın yerinə yeni təyinat  |     19:23 Ərdoğan və Zelenski İstanbulda görüşdülər  |     19:23 "Yaralı halda yarım saat kömək istəyib" - Dəhşətli qətlin detalları (VİDEO)  |     19:06 Paşinyan: "Biz xalqımızı cəhənnəmdən keçirmişik"  |     19:01 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi  |     18:35 Salyanda 43 yaşlı qadın YOXA ÇIXIB - FOTO  |     18:00 İranda iki nəfər edam olunub  |     17:54 Göygöldə FACİƏ: Oğlunun toyunda başına aqlay daşı düşən ata ÖLDÜ  |     17:20 Xudayar şəhid olduğu yerə son nəfəsində NƏ YAZIBMIŞ?  |     17:17 Xəzər dənizinin səviyyəsi 20 illik azalmadan sonra sabitləşib  |     17:08 Bu yolda sürət həddi endirildi  |     17:07 Paşinyan Baş nazir postuna namizəd seçilib  |     17:06 Erməni nazir: "Azərbaycan tərəfi qiymətlə bağlı sorğu göndərib"  |     17:05 İran İsraillə əlaqəsi olan GƏMİNİ VURDU  |     16:43 Sumqayıtda qardaşını bıçaqladığı deyilən şəxslə bağlı İLGİNC İDDİA: "Ağlı başında deyildi" (Video)  |     16:36 Baş nazir selin fəsadları ilə bağlı TAPŞIRIQLAR VERDİ  |     16:34 Rusiya qaz qiymətlərini artırsa, Ermənistan iki qurumu tərk edəcək: İrəvandan bəyanat  |     14:44 Türkiyədə parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan ikinci yerə çıxıb  |     14:40 Bakıda yenə subasma ola bilər - Nazirlikdən xəbərdarlıq  |     14:30 Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi  |    
Left Banner
Right Banner

İtkin düşən 13 yaşlı qızın oxuduğu məktəbin direktoru: "Anası Aydanı nəzarətdə saxlayırdı"

27.04.2019 15:57 3 517
İtkin düşən 13 yaşlı qızın oxuduğu məktəbin direktoru:
Bakıda dünən itkin düşən Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevanın axtarışları hələ də bir nəticə verməyib.

Aydanın anası Təranə Yusifova Baku.ws-ə açıqlamasında, Aydan itkin düşəndən bəri fasiləsiz olaraq qızını axtardığını deyir:

"Dünəndən küçələrdə qızımı axtarıram. Hər kəsə yalvarıram, qızımı kim görübsə gecikmədən mənə xəbər versin. Aydan evdən çıxanda başında qırmızı rəngdə bandana vardı. Əynində yaşıl gödəkçə, ayağında ağ-qara krassovka, ağ rəngli köynək, tünd göy ətək, jaket və eyni rəngdə kalqotka geyinmişdi. Mən qızımı 1 saat nəzarətsiz qoymamışam. Bəlkə də belə davranmaqla səhv etmişəm".

Məktəbin deirektoru Nərminə Gündüzlü Baku.ws-ə açıqlamasında, Aydanın nümunəvi şagird olduğunu söylədi:

"Çox yaxşı şagirddir. Oxumağı da, tərbiyəsi də. Qiymətləri 4-5 idi. Özünü heç vaxt qeyri-adekvat aparmayıb. Yəni risk qrupuna daxil uşaq deyildi. Özünə qapalı uşaq deyildi, ünsiyyətcil idi. Gülüb-danışan qız idi.

Neçə ildir o məktəbdə işləyirəm, o ailə haqqında mənfi heç nə eşitməmişəm. Anası Aydanı nəzarətdə saxlayırdı, bütün valideyn iclaslarına gəlirdi. Uşağının hər addımı ilə maraqlanırdı.

Uşaq itkin düşən kimi anasına mən məsləhət gördüm ki, polisə müraciət etsin".

Qeyd edək ki, A.Əliyeva dünən 26 apreldə dərsləri bitdikdən sonra - saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gedib çıxmayıb. Tanışları onu sonuncu dəfə 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında görüblər.

Aydanın təhsil aldığı 5 saylı orta məktəb 4-cü mikrorayonda yerləşir. Özü isə anası ilə birlikdə 9-cu mikrorayonda yaşayır.

Aydanın üstündə mobil telefon olmayıb.

Ailəsi onu qohumların, rəfiqələrinin və ümumiyyətlə əlaqəsi olduğu hər bir kəsin evində axtarıblar, amma heç yerdə tapılmayıb.

Valideynləri onun itkin düşməsilə bağlı polisə müraciət ediblər. Nəsimi rayon 19-cu Polis Bölməsindən BAKU.WS-ə bildirdilər ki, Aydan Əliyevanın axtarışları davam edir. Hələlik heç bir nəticə yoxdur.

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55)207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur.скачать dle 11.3
Mojo.az Banner