Mojo.az Banner
23:02 Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır? - Video  |     22:57 Bakıda yeni “moll” tikiləcək  |     22:48 Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə  |     22:43 Kanye Uestin Türkiyə konserti “Spotify”dan çıxarıldı  |     22:37 Çəpiş əti neçəyə satılır və tələbat varmı? (Video)  |     22:30 Daşınmaz əmlakın sığortası: Vətəndaş niyə maraqlı deyil?  |     22:24 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri Bakıya təxliyə olundu  |     22:19 Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     22:13 Kosmosda qonşu rəqabəti: Mask və Bezos orbitdə üz-üzə gəlir  |     22:00 Yardımlıya dolu düşüb, bu ərazilərə qar yağır  |     22:00 Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işləri nə vaxt yekunlaşır? (VİDEO)  |     21:54 Müəllimlərin əməkhaqları yenidən arta bilər - Yeni təklif (Video)  |     21:49 Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?  |     21:41 Azərbaycanın olimpiada tarixində ilkə imza atmışdı – MIT-ə qəbul oldu  |     21:36 Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?  |     21:28 "Qarabağ"ın rəqibinə 4 cavabsız qol vuruldu  |     21:20 Dağıstanda təhlükəli virusla bağlı təcili peyvəndləmə başladı  |     21:15 İsrail Müdafiə Nazirliyinin yaxınlığında kasetli sursat partlayıb  |     21:09 Sumqayıt xəstəxanasında insident: Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?  |     21:01 "Bu rejim gec-tez süqut edəcək" - İsrail XİN  |    
Left Banner
Right Banner

Bakıda itkin düşən məktəbli qız tapılıb - YENİLƏNİB - FOTO

27.04.2019 19:16 3 613
Bakıda itkin düşən məktəbli qız tapılıb - YENİLƏNİB - FOTO
Bakıda itkin düşən məktəbli qız tapılıb.

Median.Az
bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində rayon ərazisində itkin düşmüş məktəbli tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyeva Aydan Valeh qızının təhsil aldığı Bakı şəhəri 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getməsi barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə edilmiş müraciət daxil olub.

Müraciət əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyeva aprelin 27-də tapılaraq ailəsinə təhvil verilib.

---------
14:46

Bakıda ötən gün itkin düşən məktəbli qızla bağlı bəzi təfərrüatlar məlum olub.

Median.Az
Trend-ə istinadən bildirir ki, məktəblinin yaxınları deyib ki, Aydan sonuncu dəfə məktəbin yaxınlığında olan mağazanın kameralarında görüntülənib.

Sinif yoldaşlarının sözlərinə görə, qız məktəbdən çıxarkən harasa tələsirmiş.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Aydan Əliyeva ötən gün saat 13 radələrində təhsil aldığı məktəbdən çıxaraq mağazaya gedib.

Aydan Əliyeva Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən 5 saylı məktəbin 7-ci sinif şagirdidir.

-----------

13:21

Bakıda dünən itkin düşən Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevanın axtarışları hələ də bir nəticə verməyib.

Median.Az
bildirir ki, Aydanın anası Təranə Yusifova baku.ws-ə açıqlamasında Aydan itkin düşəndən bəri fasiləsiz olaraq qızını axtardığını deyir:

"Dünəndən küçələrdə qızımı axtarıram. Hər kəsə yalvarıram, qızımı kim görübsə, gecikmədən mənə xəbər versin. Aydan evdən çıxanda başında qırmızı rəngdə bandana vardı. Əynində yaşıl gödəkçə, ayağında ağ-qara krassovka, ağ rəngli köynək, tünd göy ətək, jaket və eyni rəngdə kalqotka geyinmişdi. Mən qızımı 1 saat nəzarətsiz qoymamışam. Bəlkə də belə davranmaqla səhv etmişəm".

Məktəbin deirektoru Nərminə Gündüzlü Aydanın nümunəvi şagird olduğunu söylədi:

"Çox yaxşı şagirddir. Oxumağı da, tərbiyəsi də. Qiymətləri 4-5 idi. Özünü heç vaxt qeyri-adekvat aparmayıb. Yəni risk qrupuna daxil uşaq deyildi. Özünə qapalı uşaq deyildi, ünsiyyətcil idi. Gülüb-danışan qız idi.

Neçə ildir o məktəbdə işləyirəm, o ailə haqqında mənfi heç nə eşitməmişəm. Anası Aydanı nəzarətdə saxlayırdı, bütün valideyn iclaslarına gəlirdi. Uşağının hər addımı ilə maraqlanırdı.

Uşaq itkin düşən kimi anasına mən məsləhət gördüm ki, polisə müraciət etsin".

Qeyd edək ki, A.Əliyeva dünən 26 apreldə dərsləri bitdikdən sonra - saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gedib çıxmayıb. Tanışları onu sonuncu dəfə 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında görüblər.

Aydanın təhsil aldığı 5 saylı orta məktəb 4-cü mikrorayonda yerləşir. Özü isə anası ilə birlikdə 9-cu mikrorayonda yaşayır.

Aydanın üstündə mobil telefon olmayıb.

Ailəsi onu qohumların, rəfiqələrinin və ümumiyyətlə, əlaqəsi olduğu hər bir kəsin evində axtarıblar, amma heç yerdə tapılmayıb.

Valideynləri onun itkin düşməsilə bağlı polisə müraciət ediblər. Nəsimi Rayon 19-cu Polis Bölməsindən bildirdilər ki, Aydan Əliyevanın axtarışları davam edir. Hələlik heç bir nəticə yoxdur.

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55) 207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur.

---------
12:06

Bakıda 13 yaşlı məktəbli qız itkin düşüb.

Median.Az
baku.ws-ə istinadən xəbər verir ki, 4-cü mikrorayonda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevadan dünəndən xəbər yoxdur.

O, dərsləri bitdikdən sonra - saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gedib çıxmayıb.

Tanışları onu sonuncu dəfə 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında görüblər.

Aydan ailəsi ilə birlikdə 9-cu mikrorayonda yaşayır.

Aydanın üstündə mobil telefon olmayıb.

Ailəsi onu qohumların, rəfiqələrinin və ümumiyyətlə, əlaqəsi olduğu hər bir kəsin evində axtarıblar, amma heç yerdə tapılmayıb.

Valideynləri onun itkin düşməsilə bağlı polisə müraciət ediblər. Nəsimi rayon 19-cu Polis Bölməsindən bildirdilər ki, Aydan Əliyevanın axtarışları davam edir. Hələlik heç bir nəticə yoxdur.

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55)207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur.

скачать dle 11.3
Mojo.az Banner