Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

KİV: ABŞ yaxın həftələrdə İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır

02.04.2025 22:13 1 797
KİV: ABŞ yaxın həftələrdə İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
ABŞ yaxın həftələrdə İrandakı nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırır.

Report xəbər verir ki, bu barədə “The Daily Mail” nəşri anonimlik şərti ilə məlumat verən israilli siyasətçilərə və hərbçilərə istinadən yazıb.

İsrail hökumətindəki yüksək rütbəli mənbə nəşrə bildirib ki, bunu çoxdan etmək lazım idi.

Bunlar çılğın tələblər deyil. Bu, İsraildə və bütün dünyada sabitlik üçün son dərəcə vacibdir. Artıq buna son qoymağın vaxtıdır”, - deyə o, İran hökumətindən nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyi tələb edən ABŞ Prezidenti Donald Trampın sözlərini şərh edərkən söyləyib.

Nəşr qeyd edir ki, ABŞ-nin İrana hücuma hazırlığının təsdiqi “B2 Spirit” strateji bombardmançılarının Hind okeanındakı Dieqo Qarsiya adasındakı Amerika-Britaniya hərbi bazasına köçürülməsi ola bilər. Hazırda orada 7 belə təyyarə, eləcə də yanacaqdolduran təyyarələr var.

Son xəbərlər