Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |    
Mojo.az Avto
Mojo.az Avto

Heydər Əliyev Mərkəzində "Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub

01.04.2025 21:04 1 179
Heydər Əliyev Mərkəzində
Aprelin 1-dən Heydər Əliyev Mərkəzində daha bir məşhur əsər nümayiş olunur. Belə ki, bu gün italiyalı heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) nəfis bohem büllurundan və 6500 illik palıd ağacından hazırlanan “Qəlbim sənindir” (My heart is yours) əsərinin təqdimatı olub.

Report xəbər verir ki, əsər ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirilir.
Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə çoxlu sərgilərin keçirildiyini, mütəmadi olaraq İtaliya incəsənətinə müraciət edildiyini bildirib.

A.Ələkbərov ötən ilin sonunda COP29 çərçivəsində Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisinin təqdimatının keçirildiyini və qonaqların Heydər Əliyev Mərkəzindəki bu sərgini çox bəyəndiklərini qeyd edib, müəllifə, sərginin kuratoruna və ekspozisiyanın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən “365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele "Qəlbim sənindir” əsərinin yekun formasının alınmasında müəllifin keçdiyi yolun kifayət qədər uzun olduğunu diqqətə çatdırıb. Deyib ki, hər hansı bir büllurun formaya salınması üçün onun məhz xüsusi üslubda işlənməsi mütləqdir. Qədim palıd materialı isə 6500 il qədər uzun tarix keçib və əsər üçün istifadə olunub.

Sərginin müəllifi Lorenso Kuinn "Qəlbim sənindir” əsərinin ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirildiyini bildirib. O, əsərlərin insanları birləşdirməkdən, tarixçələri, ölkələri bir araya gətirməkdən ibarət olduğunu vurğulayaraq deyib. "Mən eşqə, məhəbbətə inanıram. İnsanlar görüşdükdə, onların qəlbləri birləşdikcə, əslində, onlar heç vaxt ayrılmırlar. Bir halda ki, insanlar arasında birləşmə var, o, artıq sarsılmazdır. Qədim palıd materialından hazırlanan "Qəlbim sənindir” əsəri isə daim davam edən münasibətlərin uzun ömrünə dəlalət edir".

Bu əsər nadir incəsənət kompozisiyalarından hesab olunur və kövrəkliyi, zərifliyi təcəssüm etdirir. Müəllif əsərin ifadəsini gücləndirmək üçün bir-birinə əks materiallardan istifadə edib. Belə ki, möhkəmliyi, gücü, qətiyyəti təcəssüm etdirən palıddan yaradılmış ürəyi olduqca həssas material sayılan Bohem kristalından hazırlanan incə əllər əhatələyib. Lorenso Kuinn daha çox insan əllərinin ifadəli təsvirləri ilə tanınıb, lakin o, ilk dəfədir ki, bunun hazırlanmasında büllurdan istifadə edib.

Hazırda Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin "Təbiətdə tarazlıq” fərdi sərgisi davam edir. “Qəlbim sənindir” kompozisiyası da bu sərginin davamı olaraq insanlıq və təbiət arasında əlaqə mesajını bir daha Heydər Əliyev Mərkəzindən ötürür.


Son xəbərlər