Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yalnız eşşəklər deyil, atlar da AZALIR

31.03.2025 15:10 813
Azərbaycanda yalnız eşşəklər deyil, atlar da AZALIR
Azərbaycanda atların sayında azalma müşahidə edilib.

Median.Az
Modern.az-a istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində ölkəmizdə 49 442 baş at olub.

Bu göstərici 2023-cü illə müqayisədə 3 600 baş azdır. Yəni bir ildə Azərbaycanda atların sayı təxminən 7 faiz azalıb.

2024-cü ildə Azərbaycanda ən çox at saxlanılan iqtisadi bölgə Şəki-Zaqatala olub. Burada 6 876 baş at qeydə alınıb, baxmayaraq ki, bu rəqəm ötən illə müqayisədə 7.7% azalıb. Ən çox atın olduğu rayon da bu bölgədədir. Belə ki, Zaqatala 3 268 baş atla ölkədə birinci yerdədir.

Atların ən çox olduğu digər rayonlar Quba (2 568), Cəlilabad (2 082), Laçın (1 589), Saatlıdır (1 578).

Paytaxt Bakıda isə atların sayında cüzi artım olub. 2023-cü ildə Bakıda 153, növbəti il 157 at olub.

Digər iqtisadi rayonlarda vəziyyət aşağıdakı kimidir:

Qarabağ iqtisadi rayonu - 4 764-dən 4 176-ya düşüb (-12%).

Gəncə-Daşkəsən iqtisadi rayonu - 3 217-dən 3 038-ə düşüb (-5.5%).

Qazax-Tovuz iqtisadi rayonu - 5 253-dən 4 732-yə düşüb (-10%).

Quba-Xaçmaz iqtisadi rayonu - 6 410-dan 5 673-ə düşüb (-11.5%).

Şəki-Zaqatala iqtisadi rayonu - 7 453-dən 6 876-ya düşüb (-8%).

Şərqi Zəngəzur iqtisadi rayonu - 2 930-dan 2 728-ə düşüb (-6.9%).

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda eşşəklərin sayında da azalma müşahidə edilmişdi.

Son xəbərlər