Mojo.az Banner
13:36 Bakıda məhkuma aid silah-sursat aşkarlandı  |     13:21 Metroda gediş haqqı artırılacaq? - RƏSMİ  |     13:19 Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz  |     13:17 Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO  |     13:15 Əməkdar artist insult keçirib: VƏZİYYƏTİ AĞIRDIR  |     13:14 Tərtərdə güllələnən şəxs istixananın briqadiri imiş - TƏFƏRRÜAT (Yenilənib)  |     13:11 Yer kürəsində yeni maqnit qasırğası gözlənilir  |     13:10 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ  |     13:09 Nepalda matəm günüdür  |     13:08 Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var  |     13:07 Bacısının sevgilisini öldürən yeniyetmə: "Onların fotosunu "TikTok"da gördüm..." - TƏFƏRRÜAT  |     13:06 600 bal toplayan abituriyent niyə kəsilir? – Mütəxəssisdən açıqlama  |     13:05 Putinin qaz kəmərinin adını dəyişməsi Çində çaşqınlıq yaratdı  |     13:03 Diplom var, amma ixtisas üzrə iş yoxdur – Açıqlama  |     12:59 Eyni maaş alanlara niyə fərqli məbləğdə kredit verilir?  |     12:56 Kuryerə verdiyiniz əşya itərsə, zərəri kim ödəyəcək? - Hüquqşünas açıqladı  |     12:51 Azərbaycanda səhiyyə sistemində 11 min əməkdaş işdən çıxarılacaq?  |     12:48 Mağazalarda eyni məhsulun fərqli qiymətə satılmasının səbəbləri açıqlanıb  |     12:43 Ağstafada 25 yaşlı gənc bıçaqlanıb  |     12:41 Küçə kəsimi niyə hələ də davam edir? – Ekspertdən ciddi xəbərdarlıq  |    
Left Banner
Right Banner

Ukrayna iqtisadiyyatına ABŞ nəzarət edəcək?

29.03.2025 14:12 1 035
Ukrayna iqtisadiyyatına ABŞ nəzarət edəcək?
ABŞ Prezidenti Donald Trampın administrasiyası təkid edir ki, Ukrayna Vaşinqtona mühüm iqtisadi layihələr üzərində nəzarəti təmin edəcək saziş imzalasın.

Bu barədə "The Wall Street Journal" (WSJ) Kiyevə göndərilmiş sənəd layihəsinə istinadən məlumat verib.

ABŞ xüsusilə Ukraynanın infrastruktur layihələrində və faydalı qazıntıların çıxarılması üzrə proqramlarında, o cümlədən nadir torpaq metalları və limanların tikintisində iştirakda birincilik hüququ əldə etməyə çalışır. Əsasən ABŞ nümayəndələri tərəfindən idarə olunan fond öz gəlirlərini Vaşinqtonun Kiyevə verdiyi hərbi yardım xərclərinin ödənilməsinə yönləndirəcək.

Nəşrin qeyd etdiyinə görə, Ukrayna hakimiyyəti ehtiyat edir ki, sazişin şərtləri onların digər investorları cəlb etmək və infrastrukturu bərpa etmək imkanlarını məhdudlaşdıra bilər. Analitiklər deyirlər ki, ABŞ-nin yeni tələbləri xüsusilə Tramp və Volodimir Zelenski arasında baş verən son hadisələrdən sonra münasibətlərdəki gərginliyi daha da artıra bilər.

Əgər saziş imzalanarsa, Ukrayna 45 gün ərzində fondun nəzərdən keçirəcəyi layihələrin siyahısını təqdim etməlidir.скачать dle 11.3
Mojo.az Banner