Mojo.az Banner
13:47 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ  |     13:25 Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO  |     13:12 Jurnalistin oğlu faciəvi şəkildə öldü  |     12:54 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü  |     12:40 Xalq artisti reanimasiya yerləşdirildi  |     12:25 Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək  |     12:24 MİDA-nın növbəti mənzil satışı nə vaxt keçiriləcək? - AÇIQLAMA  |     12:07 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu  |     12:02 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı  |     12:01 Azərbaycan nefti BAHALAŞDI  |     12:00 İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda ƏLƏ KEÇDİLƏR - VİDEO  |     11:54 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB  |     11:41 Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR  |     11:40 Döş qəfəsində yaranan ağrılar: Kardioloq təhlükəli əlamətləri açıqladı  |     11:39 Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu - VİDEO  |     11:37 Bakıda kişi əməliyyatdan sonra yataq xəstəsi oldu? - İDDİA - VİDEO  |     11:32 Maaşlar artdı amma bu problemlər yerində qalacaq — Həkimlərdən AÇIQLAMA  |     11:28 Bakıda avtomobil ağaca çırpıldı, ölən var  |     11:25 Ermənistan Aİ-yə üzvlük prosesinə dair qanuna yenidən baxmayacaq  |     11:16 MİDA güzəştli mənzillərin satışına BAŞLADI  |    
Left Banner
Right Banner

Bu videoların baxış sayı artacaq -"Youtube"un yeni qərarı qüvvəyə minir

27.03.2025 22:21 735
Bu videoların baxış sayı artacaq -
“YouTube”un qısa videolarında baxış sayını artıracaq yeni dəyişiklik yaxın günlərdə qüvvəyə minir.

Bu barədə “Youtube” platforması açıqlama yayıb.

Yeniliyə əsasən, "YouTube"da yayımlanan qısa videolar artıq başladığı andan etibarən baxış sayı hesabına daxil ediləcək. Əvvəllər videonun müəyyən hissəsinə qədər baxılmadan sadəcə bir-iki saniyə içində keçildiyi halda, bu cür baxışlar statistikaya əlavə olunmurdu.

Xatırladaq ki, bu metod "TikTok" və "İnstagram Reels" platformalarında da uzun müddətdir tətbiq olunur. "Youtube"un bu qərarının 31 mart 2025-ci ildən qüvvəyə minməsi gözlənilir.

Şirkətin verdiyi açıqlamada qeyd olunur ki, bu yenilik məzmun istehsalçılarının strategiyalarını daha düzgün qurmasına, daha çox əməkdaşlıq fürsətləri əldə etməsinə və izləyici auditoriyasının miqyasını daha dəqiq təhlil etməsinə imkan yaradacaq. Bundan əlavə, baxış sayının artması ilə videoların platformada daha geniş yayılacağı vurğulanıb.

Qeyd edək ki, "YouTube" əvvəlki sistemi də tamamilə ləğv etməyəcək. Belə ki, platformanın analitik bölməsində “əlaqəli izləmələr” kateqoriyası yaradılacaq və burada yalnız videoya müəyyən müddətdən çox baxan istifadəçilər izləniləcək. Bu göstəricilər əsasında videonun gəlir potensialı və "Youtube iş ortaqlığı proqramı"na uyğunluğu da qiymətləndiriləcək.
//valyuta.azскачать dle 11.3
Mojo.az Banner