Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hamı evini satıb bu əraziyə köçür – Mənzillər su qiymətinə satılır

27.03.2025 19:52 819
Hamı evini satıb bu əraziyə köçür – Mənzillər su qiymətinə satılır
Son illərdə Bakı ətrafında yerləşən Xırdalan və Masazır əraziləri mənzil bazarında ən çox maraq göstərilən bölgələrdən birinə çevrilib. Paytaxtın mərkəzində mənzil qiymətlərinin yüksək olması və vətəndaşların daha sərfəli alternativlər axtarması bu ərazilərə marağı artırır.

Xırdalan və Masazırda mənzillərin nisbətən ucuz olması alıcıları cəlb edən əsas səbəblərdəndir. Burada yeni tikilən yaşayış kompleksləri, fərdi evlər və ipoteka ilə satışa çıxarılan mənzillər xüsusilə gənc ailələr və orta gəlirli vətəndaşlar üçün əlverişli seçim hesab olunur. Eyni zamanda, bu ərazilərdə infrastrukturun inkişaf etməsi, yeni məktəblərin, uşaq bağçalarının, ticarət mərkəzlərinin və digər sosial obyektlərin açılması da bölgənin cəlbediciliyini artırır.

Bununla yanaşı, Xırdalan və Masazır istiqamətində əsas problemlərdən biri sıx tıxaclar və ictimai nəqliyyatın tam yetərli olmamasıdır. Bakı ilə əlaqəni təmin edən əsas yollar səhər və axşam saatlarında böyük sıxlıq yaşayır, bu da həmin ərazilərdə yaşayanların gündəlik həyatına təsir edir.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadov news24.az-a açıqlamasında bildirib ki, Masazır və Xırdalanda daha çox reginlardan gəlib burda məskunlaşan insanlar mənzil alıb:

"Azərbaycanda daşınmaz əmlaka yatırılan investisiyaların həcmi olduqca böyükdür və bir çox vətəndaş yığım kapitalını bu sahəyə yönəldir. Bu səbəbdən, Xırdalan və Masazırda mənzil bazarı aktiv inkişaf edir. Bu ərazilərdə daşınmaz əmlak bazarında rəqabət yüksəkdir. Bu isə həm satışların sürətli olmasına, həm də qiymətlərin nisbətən aşağı qalmasına səbəb olur. Məhz bu səbəbdən vətəndaşlar buradakı mənzillərə üstünlük verirlər. Bakı şəhərində hər hansı bir tikilini götürsək, onun alternativini tapmaq çətin olar, lakin Masazır və Xırdalanda sərfəli qiymətə müxtəlif variantlar tapmaq mümkündür".

Ekspertin fikrincə, yaxın illərdə Xırdalan və Masazırda mənzil bazarının daha da aktivləşəcəyi gözlənilir:

"Bu bölgələrin sürətlə inkişaf etməsi və əhali artımı ictimai nəqliyyatın vəziyyəti ilə bağlı müəyyən çətinliklər yaradır. Xüsusilə səhər və axşam saatlarında tıxaclar əsas problemlərdən biri kimi qalır. Bununla belə, Elnur Azadov hesab edir ki, həmin ərazilərə yeni ictimai nəqliyyat xətləri və digər alternativlərin çəkilməsi qiymətlərə ciddi təsir etməyəcək. Çünki daşınmaz əmlaka olan tələbat kifayət qədər yüksəkdir və qiymətlər rəqabət şəraitində formalaşır".

Yeni yaşayış komplekslərinin inşası, sosial infrastrukturun inkişafı və əhalinin buraya köç etməsi bu bölgələri daha da cəlbedici edəcək. Eyni zamanda, hökumətin infrastruktur layihələrinə diqqət ayırması və nəqliyyat imkanlarını genişləndirməsi həmin ərazilərdə yaşayışı daha rahat edəcək.

Ümumilikdə, Xırdalan və Masazır sərfəli qiymətləri və strateji mövqeyi ilə vətəndaşlar üçün cəlbedici seçim olaraq qalır.

Son xəbərlər