Mojo.az Banner
14:23 Vüsal Şilderin qətli ilə bağlı iş məhkəməyə göndərildi  |     13:26 Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı  |     13:14 Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi - FOTO  |     13:00 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb  |     12:48 Dünya Bankı Azərbaycana qrant ayırdı  |     12:23 Dünya birjalarında neft bahalaşır: Son qiymətlər açıqlandı  |     12:14 Bəzi rayonlarda iki gün qaz olmayacaq  |     12:06 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var  |     11:56 Məktəbli çantasının ideal çəkisi nə qədər olmalıdır? - Valideynlərə vacib tövsiyə  |     11:38 Rusiyada əmək miqrantları üçün qaydalar SƏRTLƏŞDİRİLDİ  |     11:37 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü  |     11:36 Şahbuzda avtobusdan düşən 15 yaşlı qızı maşın vurdu  |     11:35 Mirzoyan Ermənistandan Azərbaycan sərhədinə gedən dəmir yolu ilə bağlı danışdı  |     11:29 Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     11:28 Estoniyada həyəcan siqnalı: NATO qırıcıları PUA-lara görə işə düşdü  |     11:13 Azərbaycan və İran XİN başçıları Bişkekdə görüşüblər  |     23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |    
Left Banner
Right Banner

İrakli Kobaxidze: "Gürcülər və azərbaycanlıların əsrlərdir davam edən birgə yaşayışı ilə qürur duyuruq"

21.03.2025 16:26 1 248
İrakli Kobaxidze:
"Gürcüstan xristianları və müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən və əsrlər boyu davam edən birgə yaşayışla qürur duyur".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Marneulidə Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə çıxış edərkən deyib.

Baş nazir qeyd edib ki, Novruz bayramı yenilənmə və xeyirxahlıq bayramıdır:

"Bu günü sizinlə birgə qeyd etdiyim üçün çox sevinirəm və qürur duyuram. Biz illər boyu birlikdə ümumi ölkəmizin gələcəyini qurmuşuq. Bu tarix bu gün də davam edir və gələcək nəsillərə ötürülməli olan gözəl bir ənənədir".

Tədbirdə çıxış edən Prezident Mixail Kavelaşvili isə vurğulayıb ki, Novruz yeni enerji, yeni il və yeni həyatın başlanğıcıdır:

"Sevinirəm ki, ölkəmizdə ənənələr, müxtəliflik və bayramlar böyük əhəmiyyət daşıyır. Biz əsrlər boyu bir yerdə yaşamışıq və bu qarşılıqlı hörmət bugünkü bayramla daha da güclənəcək".

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili öz növbəsində azərbaycanlıları təbrik edərək bildirib ki, Novruz cəmiyyət üçün yalnız mədəni ənənələr baxımından deyil, həm də müxtəlif millətlərin və dinlərin nümayəndələrini birləşdirən bir bayram olduğu üçün çox vacibdir.скачать dle 11.3
Mojo.az Banner