Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:23 Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur? | 22:16 Qubada ağır qəzada ölən gəncin fotosu | 22:11 Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub | 22:03 COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev | 21:56 Dünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırır | 21:51 Ukrayna Polşaya antidron texnologiyaları verəcək | 21:43 Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu | 21:39 "JEK"lərin dövlətə xeyli borcu yaranıb: Səbəb - VİDEO | 21:34 Prezident İlham Əliyev Türkiyədə səfərdədir - FOTO | 21:27 Bu ölkədə matəm elan edildi | 21:20 Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı | 21:15 Fransa kiberhücuma görə İranın səfirini XİN-ə çağırıb | 21:06 Aqrar məhsul istehsalı 3 il müddətinə ƏDV-dən azad edilir | 21:00 Bu rus məşhurlar Ukraynanın "qara siyahısı"na düşdü | 20:55 Gənclər lazımsız yarışa sürüklənir: Bir günlük təmtəraq, illərlə maddi yük (ŞƏRH) | 20:47 Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdı | 20:42 Cəbrayılda Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi və Tinglik Kompleksi açıldı | 20:34 Xankəndi stadionunda ilk rəsmi oyun noyabrın 19-da keçiriləcək | 20:29 Rusiyada Azərbaycan restoranı 265 milyona satılır | 20:22 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı |
Mojo.az Avto
Mojo.az Avto

İki il öncə tələbənin ölümünə səbəb olan şəxs həbs olundu

19.03.2025 16:51 1 014
İki il öncə tələbənin ölümünə səbəb olan şəxs həbs olundu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1-ci kurs tələbəsi Əzizə Əsgərovanın ölümünə səbəb olmuş taksi sürücüsünə hökm oxunub.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, ADPU-nun "Tarix və coğrafiya fakültəsi" tarix müəllimliyi fakültəsinin 1-ci kurs tələbəsi olan Əzizə həmin gün yoldaşları ilə birgə Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən Gənclər Mərkəzindəki tədbirə gedibmiş. Hadisə də o, mərkəzin önündə yolu keçərkən baş verib.

Sürücü bildirib ki, 2023-cü ilin noyabrında baş vermiş hadisə vaxtı yolun kənarında çoxlu tələbə olub və onlara tərəf baxdıqda fikri bir anlıq yayınıb. Nəticədə o, idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 17 yaşlı Əzizəni vurub.

Təqsirləndirilən şəxs məhkəmədən xahiş edib ki, hər iki valideynini itirməsi, uzun müddətdir ailəli olmasına baxmayaraq, övladının olmaması yüngülləşdirici hal kimi dəyərləndirilsin.

Mərhum tələbənin atası Qalib Əsgərov isə sürücüyə ədalətli cəza verilməsini tələb edib:

"İki ilə yaxındır ki, təqsirləndirilən şəxs və onun vəkili məhkəmə proseslərini uzatmaqla onun cəzadan yayındırılmasına çalışırlar. Qızımın vəfat etməsi bizi dərindən sarsıdıb. Sürücüdən şikayətçiyik və onun barəsində qanuni tədbirin görülməsini xahiş edirik".

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 1983-cü il təvəllüdlü E.Səfərova 5 il 3 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca qandallanıb. Cəza müddətindən sonra E.Səfərovun sürücülük hüququ əlavə 2 il müddətə məhdudlaşdırılıb.

Son xəbərlər