Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

KXDR XİN: G7 ölkələri nüvə təhlükəsi mənbəyidir

17.03.2025 19:11 1 056
KXDR XİN: G7 ölkələri nüvə təhlükəsi mənbəyidir
KXDR-in Xarici İşlər Nazirliyi (XİN) “Yeddilik Qrupu”nu (G7) “nüvə qrupu” adlandırıb və üzv ölkələri nüvə silahından imtina etməyə çağırıb.

Nazirlik nümayəndəsinin bəyanatını Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.

Şərhin səbəbi Qərb ölkələrinin KXDR-in "suveren hüququndan ədalətli istifadə edilməsində yersiz irad tutduqları" və onun nüvəsizləşdirilməsindən danışdığı G7 xarici işlər nazirlərinin görüşü olub. Pxenyan bu cür çağırışları təxribat adlandırıb, çünki ölkənin nüvə statusu konstitusiyada göstərilib.

“KXDR-in Xarici İşlər Nazirliyi G7 ölkələrinin – qlobal sülh və təhlükəsizliyin pozulmasının, beynəlxalq nüvə silahının yayılmaması rejiminin təhrikçilərinin – suveren dövlətin müharibənin qarşısını almaq üçün qanuni vasitələrə sahib olmaq hüququnu sual altına qoymasından ciddi narahatlığını ifadə edir”, - bəyanatda deyilir. Pxenyan nüvə silahının birgə istifadəsi və uzadılmış çəkindirmə konsepsiyasını nüvə silahının yayılmaması rejiminin pozulmasına misal olaraq göstərir.

XİN xatırladıb ki, Birləşmiş Ştatlar dünyada nüvə bombasından istifadə edən yeganə ölkədir və “nüvə silahının ilk yayılan ölkəsidir”. Diplomatın sözlərinə görə, Vaşinqton Koreya yarımadasında və Avropada nüvə toqquşması təhlükəsi ilə böhran yaradır. Pxenyan qeyd edib ki, Böyük Britaniya yenidən “Amerikanın nüvə silahlarını öz ölkəsinə sürükləməyə” çalışır və nüvə sualtı qayıqlarının tikintisi texnologiyasını qeyri-nüvə dövlətinə ötürür.//report

Son xəbərlər