Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Pakistanda qatarda girov götürülən 155-ə yaxın sərnişin azad edilib

12.03.2025 13:14 1 842
Pakistanda qatarda girov götürülən 155-ə yaxın sərnişin azad edilib
Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində qatarda girov saxlanılan 155-yə yaxın sərnişini azad edib.

Median.Az
Geo TV-yə istinadən xəbər verir ki, qatarda təxminən 450 sərnişin olub. Onlar "Bəlucistan Azadlıq Ordusu"nun yaraqlıları tərəfindən girov saxlanılıblar.

Əməliyyat tədbirləri zamanı sərnişinləri girov saxlayan 27 yaraqlı zərərsizləşdirilib.

Xilasetmə əməliyyatının hələ başa çatmadığı bildirilir. Xilas edilən girovlardan bəziləri xəstəxanaya yerləşdirilib. Təxminən on girov silahlılar tərəfindən öldürülüb.

Son xəbərlər