Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Pensiyaçıların DİQQƏTİNƏ: Bu halda ödənişlərə yenidən baxıla bilər

08.03.2025 19:38 936
Pensiyaçıların DİQQƏTİNƏ: Bu halda ödənişlərə yenidən baxıla bilər
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan 65 yaşına çatmış müəyyən qrup insanların məcburən pensiyaya göndərilməsi ilə bağlı fikirlər var. Bildirilir ki, bir sıra şəxslər pensiya yaşına çatsalar da, işləməyə davam etmək istəyirlər, lakin əmək müqavilələrinə xitam verilir. Bəziləri isə işində qaldığı halda pensiya ödənişi almamaqdan ehtiyat edirlər.

Hansı hallarda pensiya yaşına çatdıqdan sonra işləmək imkanı əldə edilə bilər?

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, bu məsələ "Əmək pensiyaları haqqında" müvafiq qanunvericiliklə tənzimlənir:

"Kişilər bir neçə ildir 65 yaşda pensiya alırlar. Qadınların pensiya yaşı isə hər il 6 ay artırılmaqla artıq 65-ə çatmaq üzrədir. Yəni həm qadın, həm də kişilər üzrə pensiya əldə etmək hüququnu qazanmaq üçün yaş həddi 65-dir. Bu yaşa çatdıqdan sonra avtomatik olaraq vətəndaşa pensiya təyin olunur. Ondan sonra çalışdığı yerdə işəgötürənin razılığı əsasında əmək müqaviləsi uzadıla bilir. Əks təqdirdə 65 yaşdan sonra işəgötürənin şəxsi saxlamaq səlahiyyəti yoxdur".

İqtisadçı bildirib ki, şəxs işlədiyi müddətdə də pensiya ödənişlərini ala bilir:

"Pensiya yaşına çatan kimi hər hansı bir vətəndaşın işini davam etdirmək istəyinə gəlincə, bu, təktərəfli həll edilmir. Qarşılıqlı razılaşma önəmlidir. Bundan başqa şəxs işdən ayrıldıqdan sonra onun pensiyasına yenidən baxılır".

Son xəbərlər