Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan mədəniyyəti bu dəfə "Netflix"də - VİDEO

07.03.2025 22:23 873
Azərbaycan mədəniyyəti bu dəfə
Gözlənilən an gəldi! "Netflix" "Drive to Survive" serialının 7-ci mövsümünü təqdim etdi. Azərbaycan mədəniyyəti, gözlənilməz Bakı yarışının təfərrüatı ilə birgə növbəti dəfə qlobal yayım platformasında daha geniş planda yer aldı.

Dramatik anlar, pərdəarxası rəqabətlər və yüksək adrenalin yaşadan "Drive to Survive" təkcə avtoidmandan bəhs edən sənədli film deyil, "Formula-1" dünyasının ən nüfuzlu komanda və pilotlarının həyəcan dolu həyatına bir səyahətdir. İlk dəfə olaraq serial trekdən kənara çıxaraq paytaxtımızın füsunkar mənzərələrini, rəngarəng mədəni irsimizdən görüntülərini daha yaxından yayımlayır.

"Netflix" komandası çəkilişi Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin texniki dəstəyi ilə həyata keçirib.

Bu mövsümdə 2024 "Formula-1" mövsümünün gərgin mübarizələri, Maks Ferstappenin çempionluq uğrunda əzmkarlığı, "Red Bull"un üstünlüyü və komandalar arasındakı gərgin rəqabət tamaşaçılara təqdim olunur. Hər mövsümdə olduğu kimi, bu dəfə də serial trekdə və trekdən kənarda baş verən hadisələri, sürpriz transferləri və dramatik məqamları tamaşaçılara çatdırır.

"Drive to Survive" serialı ənənəsinə sadiq qalmaqla yeni mövsümün başlanğıcında, azarkeşlərin intizarını bir az da yüksəldərək, 14-16 mart tarixlərində baş tutacaq Avstraliya Qran-prisindən öncə ekranlara gəlir.

Siz də bu həyəcanı qaçırmayın! "Netflix"də "Drive to Survive" yeni mövsümünü izləyin, möhtəşəm sürət yarışının pərdəarxası tərəflərindən xəbardar olun!

Son xəbərlər