Mojo.az Banner
13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |    
Mojo.az Avto
Mojo.az Avto

Sosial evlərə görə "ASAN xidmət"in keçmiş əməkdaşları həbs olundular

04.03.2025 22:00 1 137
Sosial evlərə görə
Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 6 saylı "ASAN xidmət" mərkəzinin keçmiş əməkdaşları həbs olunublar.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, 1985-ci il təvəllüdlü Xəqani B. və 1969-cu il təvəllüdlü Arzu C.-nin Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, cinayət işi açılan 1985-ci il təvəllüdlü Xəqani B. 2013-cü ildən Sabirabad rayonunda yerləşən "ASAN xidmət" mərkəzində baş məsləhətçi olaraq işləyib, 2020-ci ilin avqust ayının 6-dan isə Bakının Xətai rayonunda yerləşən 6 saylı "ASAN xidmət" mərkəzində işləməyə başlayıb. 1969-cu il təvəllüdlü Arzu C. isə 2021-ci ilin avqust ayından oktyabr ayına kimi 6 saylı "ASAN xidmət" mərkəzinin yeməkxanasında işləyib.

Aparılan araşdırma zamanı məlum olub ki, Arzu C. Respublika Diaqnostika Mərkəzində və digər yerlərdə çalışan 18 tanışının hər birindən 5, 10, 23 min manatadək pul alaraq onlara iş yoldaşı Xəqaninin vasitəsilə sosial evlər layihəsindən 1, 2, 3 otaqlı mənzillər alacağını vəd edib. Zərərçəkmişlər onun dediklərinə inanaraq "Old Castle" kafesində və "ASAN xidmət"in sanitar otağında sözügedən vəsaiti Arzuya veriblər.

Arzu onlara iş yoldaşı Xəqaninin Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) tanışlarının olduğunu, sosial evlər layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə zərərçəkmiş şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərəcəyini bildirib. Məhkəmədə Arzu C. zərərçəkmişlərdən aldığı pulu Xəqaniyə verdiyini və həmin şəxsin onları aldadaraq pulları mənimsədiyini deyib.

Xəqani isə əksinə, ifadəsində bildirib ki, Arzu zərərçəkənlərdən pul alaraq, şəhərin mərkəzində oğlu ilə bərabər "Old Castle" kafesini açıb. Həmin restoranı icarəyə götürərək, 70-80 min manat təmirə pul xərcləyib. Arzu əksər zərərçəkmiş şəxslərlə də məhz həmin kafedə görüşüb, pulları alıb. Həmçinin bildirib ki, Arzu özünə maşın alıb və tez-tez bahalı istirahətlərə yollanıb.

Zərərçəkmişlər 6 saylı "ASAN xidmət" mərkəzinin keçmiş əməkdaşlarından şikayətçi olduqlarını deyiblər. Məhkəmənin qərarı ilə Xəqani 1 il 11 ay 27 gün, Arzu isə 2 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.скачать dle 11.3
Mojo.az Banner