Mojo.az Banner
20:23 Evin rahatlığını pozan 10 məşhur dizayn səhvi  |     20:17 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     20:10 Afra Saraçoğlu aeroportda saxlanıldı  |     20:05 İcra başçısı müavinini işdən çıxardı  |     19:58 Bakıda iki bağça fəaliyyətə başladı  |     19:53 Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi  |     19:43 Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb  |     19:37 Sabah yağış yağacaq, duman olacaq  |     19:30 "Laven Kafe" 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO  |     19:25 10 min manatlıq oğurluq edən şəxslər tutuldular  |     19:11 Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı  |     19:04 Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO  |     18:54 Xəzər dənizində zəlzələ oldu  |     18:27 “Şəki yaylası”nda faciəvi şəkildə ölən - Ucalın atasından təsirli sözlər  |     18:15 Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi (VİDEO)  |     18:12 Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi  |     17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb

03.03.2025 22:06 1 563
Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb
Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Bakı şəhərinin Xətai və digər rayonlarında yerləşən marketlərdən silsilə oğurluqlar edilib. Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj olunaraq 10-dan artıq marketi talayıblar. Onlar həmin marketlərdən 6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini ələ keçiriblər.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində talama cinayətlərini törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuşlar - 25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman Məhərrəmov saxlanılıblar.

Onların törətdikləri cinayət əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner