Mojo.az Banner
Left Banner
Right Banner

Amerikalı nazir: "Zelenski, sənə pul verməyəcəyik"

03.03.2025 11:52 1 059
Amerikalı nazir:
"Nə qədər ki, Kiyevdə münaqişənin nizamlanması üzərində işləməyin vacibliyini anlamayacaqlar, o zamana qədər də ABŞ Ukraynanı maliyyələşdirməkdən imtina edəcək".

Bunu Birləşmiş Ştatların ticarət naziri Hovard Latnik "Fox News" telekanalının efirində deyib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək bildirib: "Bizə sülh ilə gəlmədiyin müddət ərzində sənə pul verməyəcəyik".

H.Latnik xüsusilə vurğulayıb ki, V.Zelenskinin bunu onu maliyyələşdirən ABŞ-dən birbaşa eşitməsi lazımdır.скачать dle 11.3
Mojo.az Banner