Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ Ukrayna iqtisadiyyatından pay istəyir

14.02.2025 12:35 2 142
ABŞ Ukrayna iqtisadiyyatından pay istəyir
ABŞ Ukrayna münaqişəsinin nizamlanmasından sonra bu ölkənin iqtisadiyyatında paya sahib olmaq istəyir.

Bunu Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent "Fox News" telekanalının efirində deyib.

O özünün Kiyevə səfər etməsinin səbəbini Amerikanın göstərdiyi yardım üzrə hesabatın verilməsini gözlədiklərini Ukraynaya eyham vurmaqla əlaqələndirib:

"Biz onların tərəfdaşı olmaq istəyirik, amerikalılar müharibədən sonra Ukrayna iqtisadiyyatında iştirak etməyə hazırlaşırlar. Həmçinin amerikalılara işarə etmək istəyirəm ki, bizim Ukraynada payımız var və bu, onlara qazanc gətirəcək".

S.Bessent vurğulayıb ki, ABŞ-nin Ukrayna iqtisadiyyatında iştirakı strateji minerallar, enerji və dövlət müəssisələrini əhatə edə bilər

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski S.Bessentlə görüşdən sonra Kiyevin Vaşinqtondan Ukraynanın nadir torpaq ehtiyatlarından istifadəyə dair saziş layihəsi aldığını bildirib. Bu mövzu V.Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutmuş telefon danışığında da müzakirə olunub.

Son xəbərlər