Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Müğənniyə qarşı dələduzluq edən baş həkimlərə cinayət işi açıldı

01.03.2025 17:08 786
Müğənniyə qarşı dələduzluq edən baş həkimlərə cinayət işi açıldı
Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi, hazırda Təkmilləşdirmə İnstitutunda müəllim işləyən Mehparə Kazımovaya cinayət işi açılıb.

Bu barədə  ondan şikayətçi olan müğənni Dəniz Əsədova məlumat verib.

Onun sözlərinə görə, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində araşdırma apırılır. Qeyd olunur ki, Mehparə Kazımova hazırda həbsdə olan Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovla əlbir olaraq, saxta əlillik dərəcələri təyin etməkdə, həmçinin 2017-2018 ci ildə müğənni Dəniz Əsədovanın külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunur.

Müğənni bildirib ki, onun şikayəti əsasında həmçinin Rauf İsfəndiyarovla əlbir olan Laçın rayon Mərkəzi Xəstəxanın keçmiş baş həkimi Gülli İbadovaya və Xəzər rayon 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Abbasqulu Bakıxanova da cinayət işi açılıb. Onlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham olunurlar.

Qeyd edək ki, Rauf İsfəndiyarov Bakıdakı 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək aldatma ve etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 319 min 500 manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

Son xəbərlər