Mojo.az Banner
20:19 Azərbaycanda neçə bağça var?  |     20:13 Gözaltı qaralmaları hansı xəstəliklərin əlaməti ola bilər?  |     20:08 Azərbaycanda son illərdə 100 mindən çox ailə dağılıb  |     20:00 Bu məhsullarda zərərli bakteriya aşkar edildi - AQTA-dan açıqlama  |     19:55 İran Prezidentinin qızı Mehriban Əliyevanı təbrik etdi  |     19:48 Şabranda "Hyundai" yük maşınına çırpıldı - Ər-arvad öldü  |     19:43 10 minlərlə manat ödəsələr də tikinti aparılmır - "Binəqədi-Park''dan ŞİKAYƏT (VİDEO)  |     19:37 "Mançester Siti" onu 100 milyona transfer etdi  |     19:30 Xəzər dənizində yeni ada yarandı - VİDEO  |     19:25 Manatın dövretmə sürəti azalıb  |     19:17 Azərbaycanlı tələbələrin başına iş gəldi - Özü Türkiyədədir, sistemdə görünmür  |     19:12 Sabah rayonlarda leysan yağacaq  |     19:04 Sərhəddə nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırıldı  |     18:59 Dövlət xəttilə 238 milyon manat ipoteka krediti verilib  |     18:51 Bu il Azərbaycanda 3 uşağa Laçın adı verilib  |     18:45 Bu ərazilərdə olan evlərə maraq azalıb - VİDEO  |     18:39 “ChatGPT Plus”da yeni limit  |     18:28 "Tvente"nin baş məşqçisindən "Qarabağ"a böyük tərif: "Daha yüksək turnirlərə layiqdir"  |     18:09 Leyla Əliyevadan ailə FOTOSU  |     17:49 Azərbaycan XİN Pakistana başsağlığı verib  |    
Left Banner
Right Banner

Martın ilk günü Bakıya qar yağacaq, 5 dərəcə şaxta olacaq

28.02.2025 13:54 1 212
Martın ilk günü Bakıya qar yağacaq, 5 dərəcə şaxta olacaq
Azərbaycan ərazisində martın 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 3-5°, gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi yerlərdə tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 16-21°, gündüz 2-7° şaxta olacaq.

Ölkə ərazisində bəzi yollar buz bağlayacaq.скачать dle 11.3
Mojo.az Banner