Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Nanotexnologiyanın köməyi ilə dünyanın ən kiçik videooyunu hazırlanıb

28.02.2025 12:17 1 065
Nanotexnologiyanın köməyi ilə dünyanın ən kiçik videooyunu hazırlanıb
Alimlər təxminən bir nanometr ölçüsündə olan nanozərrəcikləri idarə etməyə imkan verən unikal kompüter oyunu hazırlayıblar.

İxtira Yaponiyanın Nagoia Universitetinin elm adamlarına aiddir. Tədqiqat "Japanese Journal of Applied Physics" jurnalında dərc olunub.

Bildirilir ki, alimlər rəqəmsal obyektləri real nanomateriallarla real vaxt rejimində birləşdirən yeni "nano-qarışıq reallıq" (nano-mixed reality, MR) texnologiyasını işləyib hazırlayıblar. Onlar yüksəksürətli elektron şüalarından istifadə edərək dinamik elektrik sahələri yaradıb və nanozərrəciklərin hərəkətini idarə edə biliblər. Nümayiş məqsədilə klassik arkada tipli oyun hazırlanıb.

Burada oyunçu miniatür kosmik gəmini idarə edir və polistirol nanozərrəciklərə "atəş" açır, faktiki olaraq nano səviyyədə maddi obyektləri manipulyasiya edir.

Bu texnologiya təkcə oyunlarla məhdudlaşmır, həm də nanotexnologiya və biomedisin sahəsində yeni imkanlar aça bilər.

Alimlər onu biomolekulların yığılması, orqanizmdəki maddələrin dəqiq idarə edilməsi və hətta molekulyar səviyyədə 3D çapda inqilab üçün bir vasitə kimi qiymətləndirirlər.

"Təsəvvür edin ki, mürəkkəb obyektləri real vaxtda çap etmək və ya dərman maddələrini birbaşa virus hüceyrələrinə yönəltmək mümkündür. Bu, tibb və nanotexnologiyaya yanaşmanı kökündən dəyişə bilər," - deyə məqalədə vurğulanıb.

Son xəbərlər