Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlərdən yeni araşdırma: Gözün torlu qişasına əsasən Alzheymer xəstəliyini aşkarlamaq mümkündür

28.02.2025 12:16 1 404
Alimlərdən yeni araşdırma: Gözün torlu qişasına əsasən Alzheymer xəstəliyini aşkarlamaq mümkündür
Gözün, xüsusən də görmə orqanının arxa hissəsindəki işığahəssas toxuma olan torlu qişanın vəziyyətinə əsasən Alzheymer xəstəliyinin ilkin əlamətlərini müəyyən etmək olar.

Median.Az
-ın "Gazeta.ru"ya istinadən xəbərinə görə, İndiana Universitetinin Tibb Məktəbinin alimləri bu qənaətə gəliblər.

Araşdırmanın nəticələri "Alzheimer's & Dementia" (A&D) jurnalında dərc olunub.

Araşdırma zamanı məlum olub ki, Alzheymer xəstəliyinin inkişaf riskini artıran APOE4 geninin mövcudluğu siçanlarda torlu qişanın funksiyasını pozur. Yeni kəşf bu genetik variant və xəstəliklə əlaqəli vizual işləmə problemləri arasında birbaşa əlaqənin olduğunu göstərir.

Tədqiqat qrupu siçanlarda torlu qişanın strukturunu və funksiyasını təhlil etmək üçün ən müasir vizualizasiya üsullarından istifadə edib. Nəzarət qrupu ilə müqayisədə, insanlardakı Alzheymer xəstəliyinin analoqunun olduğu gəmiricilərdə torlu qişanın qalınlığında və toxumaların elektrik aktivliyində əhəmiyyətli dəyişikliklər qeydə alınıb.

Əldə edilən nəticələr Alzheymer xəstəliyi olan insanlarda torlu qişanın anomaliyalarının klinik müşahidələri ilə üst-üstə düşüb ki, bu da xəstəliyə səbəb olan amillərin öyrənilməsi modelinin aktuallığını təsdiqləyir.

"Bu yeni məlumatlar neyron dəyişikliklərinin erkən aşkarlanması üçün qeyri-invaziv üsul kimi torlu qişanın vizualizasiyasının potensialını vurğulayır", - deyə alimlər qeyd ediblər.
//oxu.az

Son xəbərlər