Mojo.az Banner
19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |     18:59 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi  |     18:38 Bu istiqamətlərdə tıxac var - SİYAHI  |     18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |     18:22 Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı  |     17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |     16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |     16:29 Dənizdə batan tələbələrin fotoları (Yenilənib)  |     16:25 Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?  |     16:12 Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - Video  |     15:58 Bakının milyonçu qardaşlarının sərvətləri özlərinə qaldı: Gözlənilməz hökm  |     14:10 Neftimiz kəskin ucuzlaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Axtarışda olan şəxs ölkədən qeyri-adi üsulla qaçmaz istədi - FOTO

27.02.2025 16:37 1 305
Axtarışda olan şəxs ölkədən qeyri-adi üsulla qaçmaz istədi - FOTO
Fevral ayının 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının "Sədərək" dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

Belə ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı - 1988-ci il təvəllüdlü Nicat Ehtiram oğlu Gözəlov aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.





скачать dle 11.3
Mojo.az Banner