Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Monteneqro enerji tərəfdaşlığını gücləndirmək niyyətindədir

24.02.2025 19:49 1 458
Azərbaycan və Monteneqro enerji tərəfdaşlığını gücləndirmək niyyətindədir
Azərbaycan və Monteneqro enerji sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Bu məsələ Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyevlə Monteneqronun dağ-mədən sənayesi, neft və qaz naziri Admir Şahmanoviç arasında keçirilən görüşdə müzakirə olunub.

"Monteneqroya səfərim çərçivəsində dağ-mədən sənayesi, neft və qaz naziri Admir Şahmanoviç ilə görüşməyimə şadam. Biz ikitərəfli enerji əməkdaşlığı və əlaqələrimizin möhkəmləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardıq", - azərbaycanlı diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
//report

Son xəbərlər