Mojo.az Banner
12:10 Palma yağına tələbatı artırdı – Səbəb bu imiş  |     12:02 Bu qayda pozuntuları sürücülərə baha başa gəlir - Açıqlama  |     11:53 85 bal topladı, 60 manat ödədi — Niyə işsiz qaldı? — AÇIQLAMA  |     11:49 Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA  |     11:47 Ceyk Pol yenidən böyük rinqə qayıdır  |     11:28 DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı  |     11:24 Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu  |     23:03 Bakıda 363 min manata ev aldı - Keçmiş sahibinə görə mənzilə həbs qoyuldu (VİDEO)  |     22:58 "İmişli" "Şəfa"nı məğlub etdi  |     22:52 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu  |     22:46 Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər  |     22:40 Azərbaycanda neçə din xadimi var? - RƏQƏMLƏR  |     22:33 Azərbaycanda yeni nazirlik yaradılır? – AÇIQLAMA  |     22:25 İtaliyanın məşhur adalarında meşələr yanır  |     22:20 Bu tarixlərdə iş olmayacaq - AÇIQLANDI  |     22:13 Azərbaycanda tələbə faciəli şəkildə öldü  |     22:08 Manatla pul kütləsi 20 %-ə yaxın artdı  |     22:00 Dünyanın ən çox satılan telefonları  |     21:55 "Alen Simonyan təxribatla məşğul olur" - Zaxarova  |     21:48 Milli Məclisin yay tətili bitir  |    
Left Banner
Right Banner

Həbsdə olan təhsil eksperti azadlığa çıxdı

22.02.2025 20:52 486
Həbsdə olan təhsil eksperti azadlığa çıxdı
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "Smart Business Qroup" şirkətinin direktoru, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş Xəlilov Anar Tapdıq oğlu azadlığa buraxılıb.

Qərar hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Belə ki, Anar Xəlilov 5 vətəndaşa qarşı dələduzluq edərək onlardan övladlarını xaricdə təhsil almaq adı ilə ümumilikdə 97845 manat pullarını elə keçirmişdi. A.Xəlilov zərərçəkənlərin hamısı ilə barışıq əldə edib dövlətə dəymiş ziyanın 50 faizini (48923 manat) ödəsə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10.12.2024-cü il tarixdə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qəniyev isə Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsini rəhbər tutaraq Anar Xəlilovu cinayət məsuliyyətindən azad edib və cinayət işinə xitam verib.

Qeyd edək ki, Anar Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən heç kimə qarşı dələduzluq etmədiyini, sadəcə pandemiya ilə əlaqədar sərhədlər bağlandığından tələbələri xaricə göndərə bilmədiyini əsas gətirmişdi:

"Telekanalların bir çoxunda bu şirkətin rəhbəri kimi çıxışlar etmişəm. Bu da mənim şirkətin həqiqi rəhbəri olmağıma sübutdur. Bütün müqavilələr otağımda çəkiliş kamerasının vasitəsilə çəkilib. Xəzər TV-də müsahibəm var ki, bizdə əvvəldən ödəniş olmayıb. Tələbə ali məktəbə qəbul olandan sonra ödəniş olunub, əvvəldən ödəniş olunmayıb. Tələbələri necə yola salmağıma gəlincə, qan analizi alınıb, tibbi müayinədən keçiblər.

Dələduzluq niyyətim olubsa, nəyə görə müqavilə bağlamışam? Onlara bütün proseduru izah eləmişəm. Hər bir qrupu yola salmadan valideyinlərlə görüş keçirmişəm. Pandemiya başlamasına görə sərhədlər bağlandı. Tələbələrin dərsləri xaricdən onlayn keçirildi. Bu distant təhsilə isə bizim tələbələr hazır deyildi"./Unikal.azскачать dle 11.3
Mojo.az Banner