Mojo.az Banner
22:40 Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi  |     22:33 Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq  |     22:28 İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb  |     22:20 Bir gündə 116 mm yağıntı: Normadan artıq yağışların səbəbi nədir?  |     22:15 Azərbaycanda "halal" şirkətlərin milyonlarla borcu var  |     22:09 Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)  |     22:01 Yeni kollektiv saziş: Sənəd əməkhaqqılarına necə təsir edəcək? (Video)  |     21:55 Keyfiyyətli yuxunun sirri - Elmi nəticə  |     21:38 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı  |     21:31 Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək"  |     21:26 Araz çəkildi, insan sümükləri üzə çıxdı - VİDEO  |     21:18 Sabah yollar dumanlı olacaq  |     21:13 Dondurulmuş məhsullar qida dəyərini itirir? - Video  |     21:05 Şakira məhkəmədə bəraət qazandı  |     21:00 Sabah 25° isti olacaq  |     20:52 Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlandı  |     20:47 "6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır" - Video  |     20:39 Yaralı əsgərlər bioloji silaha çevrilə bilərmi?  |     20:34 "Barselona"ya keçidinə görə üzr istədi  |     20:26 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb  |    
Left Banner
Right Banner

Sabiq deputata hökm oxundu

05.09.2019 15:51 3 203
Sabiq deputata hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin mənimsəmədə təqsirləndirilən sabiq sədri Cahangir Hacıyevlə birlikdə ittiham olunan sabiq deputat Dünyamin Xəlilovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə D.Xəlilova hökm oxunub.

Hökmə əsasən, əvvəlki cəzası birləşdirilməklə, D.Xəlilov qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayətzadənin cəzası 5 ilə endirilib.

скачать dle 11.3
Mojo.az Banner