Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Superkompüter Çempionlar Liqasının qalibini açıqladı: "Real Madrid" deyil

21.02.2025 12:01 1 386
Superkompüter Çempionlar Liqasının qalibini açıqladı:
"Opta"nın superkompüteri 2024-2025-ci illər mövsümündə Çempionlar Liqasını hansı komandanın qazanacağını proqnozlaşdırıb.

Median.Az
"Haber Global"a istinadən xəbər verir ki, 16 komandanı qiymətləndirən kompüterə görə, "Real Madrid" bu dəfə çempion olmayacaq.

Superkompüter titul qazanmaq üçün ən az şansı "Feyenoord"a verib. Onun ən yaxın qonşusu "Brügge"dir. Ötən ilin finalçısı Dortmund "Borussiyası" titul qazana biləcək 16 komanda arasında 14-cü yerdə qərarlaşıb. "Opta"nın proqnozuna görə, PSV 13-cü, "Benfika" 12-ci, "Lill" 11-ci, "Aston Villa" isə 10-cu yerdədir.

Superkompüterin çempionluq şansları sıralamasında "Atletiko Madrid" 9-cu, Almaniya nəhəngi "Bavariya" 8-ci, Leverkuzen "Bayer"i 7-ci, PSJ 6-cı yerdədir.

Hesablamalara görə, "Real Madrid" 10.5 faiz ehtimalla çempionluq şansı ən yüksək olan 5-ci, "İnter" isə 12.4 faiz ehtimalla 4-cüdür.

Üçüncü yerdə "Barselona"dır - 12.7 faiz. "Arsenal" isə 16.8 faiz ehtimalla ikinci pillədədir.

"Opta"nın superkompüterinə görə, cari mövsümdə "Liverpul" Çempionlar Liqasının qalibi olma ehtimalı ən yüksək - 20.2 faiz olan komandadır.

Superkompüter, həmçinin 1/4 finala yüksəlmək ehtimalı yüksək olan 8 komandanı da müəyyən edib. "Arsenal", "Liverpul", "İnter", "Real Madrid", "Barselona", "Aston Villa", "Lill" və "Bavariya" son 8-ə düşmək ehtimalı ən yüksək olan komandalar kimi göstərilib.

Qeyd edək ki, superkompüter hər bir matçın qalibiyyət, heç-heçə və ya məğlubiyyət ehtimalını hesablamaq üçün "Opta"nın Güc Reytinqindən istifadə edir və sıralamalar komandaların keçmiş çıxışlarına əsaslanır.

Son xəbərlər