Mojo.az Banner
00:04 Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO  |     22:25 Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar  |     21:00 Təyyarələrdə niyə həmişə soyuq olur? – Stüardessa səbəbini açıqladı  |     20:53 "GO" içdi, marşrutda sərnişinin pul kisəsini oğurladı  |     20:48 Finlandiya ev telefonları ilə vidalaşdı: Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi?  |     20:40 Son altı ayda ölkədə nə qədər zəlzələ baş verib? - Rayonlar açıqlandı  |     20:35 Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı  |     20:29 Mədədə bir neçə gün qala bilirlər: Ən gec həzm olunan qidalar (SİYAHI)  |     20:27 İnsanlar niyə çox pulları olsa belə, ikinci əl əşyalar alırlar? - Psixoloqların cavabı  |     20:22 Dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb  |     20:14 825 nəfərin Azərbaycandan çıxışına qadağa qoyulub  |     20:09 Valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək  |     20:01 Kiyev bu ölkədən 2 milyardlıq qırıcı təyyarə alır  |     19:56 Siqaret qaçaqmalçılığında ittiham olunan dəstə üzvləri hakim qarşısında  |     19:50 Sabah 35 dərəcə isti olacaq  |     19:42 Elgiz Əkbərin anası vəfat etdi  |     19:37 "Boşanandan 4 ay sonra özümdən 37 yaş kiçik xanımla evləndim" - Tariyel Qasımov  |     19:29 Lerikdə 5 ton narkotik bitki məhv edildi  |     19:24 Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahan verəcək  |     19:10 Tikilən yeni ev mənzilini yarasız hala saldı - VİDEO  |    
Left Banner
Right Banner

Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi artırılır

19.02.2025 14:07 837
Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi artırılır
Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi artırılır.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında" qanuna təklif edilən dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliklə vəzifədə olmanın yaş həddi 70 yaşdan 75 yaşa qaldırılır. Həmçinin məhkəmənin 75 yaşına çatan hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.

Konstitusiya Məhkəməsi hakimi 75 yaşına çatdıqda səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi sayılır.

Qeyd edilib ki, layihənin məqsədi uzunmüddətli hüquqi təcrübəyə malik hüquqşünasların Konstitusiya Məhkəməsində fəaliyyətini davam etdirməsinə şərait yaradaraq məhkəmə sisteminin səmərəliliyini artırmaqdır. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa və İspaniyada Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75 və daha yuxarıdır ki, bu da onların hüquqi bilik və təcrübəsindən daha səmərəli istifadəyə imkan yaradır.

Bununla yanaşı, 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunana qədər vəzifələrini icra etmə müddətinin 6 aydan çox olmayan müddətə konkretləşdirilməsi, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq normanın aydın və birmənalı tətbiqini təmin edir.

Yekun olaraq layihədə normativ müddəaların dəqiqləşdirilməsi və sistemləşdirilməsi məqsədilə təqdim olunmuş texniki xarakterli dəyişikliklər də əks olunub.

Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.скачать dle 11.3
Mojo.az Banner