Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) | 11:59 Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı | 11:57 Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək | 11:56 Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Rəhbər şəxs saxlanıldı | 11:54 Sumqayıtda bədbəxt hadisə: Ölən var | 11:53 Azərbaycan nefti kəskin ucuzlaşdı | 11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır | 11:42 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - VİDEO | 11:40 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO | 11:33 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" | 23:02 Varlı Həyatdan qadın və kişi meyiti tapıldı | 22:58 2027-ci ildə bu 5 bürcün həyatı dəyişəcək: Sevgi, böyük fürsətlər və... | 22:50 Bu şəxslərin kredit borcu silinir | 22:45 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 22:42 Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı | 22:37 Kriptovalyutalar ucuzlaşır: Sərmayə qoymaq sərfəlidir? | 22:30 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT | 22:18 Bakıda təcili yardım maşınında yük daşınır - VİDEO | 22:10 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi |
Mojo.az Avto
Mojo.az Avto

FHN-nin adından 7800 manatlıq dələduzluq

15.02.2025 17:57 1 137
FHN-nin adından 7800 manatlıq dələduzluq
Fövqəladə Hallar Nazirliyinin (FHN) adından dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə aparılan məhkəmə istintaqı zamanı məlum olub ki, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilən müttəhim T.Ə. zərərçəkən R.A-nın 7800 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

R.A. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəlmək istəyib. T.Ə. yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu deyərək bu məsələdə ona kömək edəcəyini və bunun üçün 10 000 manat pul lazım olduğunu bildirib.

R.A. razılaşaraq T.Ə.-yə hissə-hissə ümumilikdə 7800 manat pul verib. T.Ə. inandırıcı olsun deyə, pulun bir hissəsini FHN-nin inzibati binasının yaxınlığında alıb. R.A. sonradan aldadıldığını başa düşərək T.Ə. barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

T.Ə. məhkəmə istintaqı zamanı ittihamla razılaşaraq, özünü təqsirli bilib. Eyni zamanda dəymiş zərərin ödənildiyini qeyd edib.

Məhkəmənin hökmü ilə T.Ə.-yə qəti olaraq 2 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilir.

Son xəbərlər