Mojo.az Banner
23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |     21:51 Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi  |     21:30 Ali Məhkəmə Trampın müraciətini ikinci dəfə rədd etdi  |     21:17 Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib  |     21:16 Ağdaş sakinlərinin yol PROBLEMİ: Məktəblilər palçıqlı yollarda çətinlik çəkirlər - Video  |     21:13 Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb  |     20:56 İlk elektrikli "Ferrari" rəsmi qiymətindən 62 dəfə baha satıldı  |     20:49 Karxanada ayağı qurğuda qalan kişi öldü  |    
Left Banner
Right Banner

Bakıda evi sökülənlər ARTIR: Kirayə mənzillər UCUZLAŞACAQ?

15.02.2025 14:55 759
Bakıda evi sökülənlər ARTIR: Kirayə mənzillər UCUZLAŞACAQ?
Keçən ilin fevral ayında Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, paytaxtın bir neçə rayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən bir çox binaların söküntüsü həyata keçiriləcək. Suraxanı rayonu üzrə 1 127 mənzildən ibarət 63, Nəsimi rayonu üzrə 5 771 mənzildən ibarət 226, Xətai rayonu üzrə 2 016 mənzildən ibarət 99, Nərimanov rayonu üzrə 3 028 mənzildən ibarət 219, Nizami rayonu üzrə 1 779 mənzildən ibarət 131, Yasamal rayonu üzrə 427 mənzildən ibarət 18, Səbail rayonu üzrə 535 mənzildən ibarət 41, Pirallahı rayonu üzrə 1 174 mənzildən ibarət 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur.

Median.Az
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.



Təbii ki, aparılacaq bu söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.

Kirayə ev axtaranların sayı artacaq

Əmlakçı Mülkədar Rüstəmovun sözlərinə görə, Bakıda evlərin tikintisi üçün yararlı torpaq sahələri demək olar ki, qalmayıb. Məhz bu səbəbdən tikinti şirkətləri istismar müddəti başa çatmış binaları sökmək və yerində yeni mənzillər tikmək məcburiyyətindədirlər: "Bu proses şirkətlərə baha başa gəlir. Həm sökmək, həm vətəndaşları kirayə çıxarmaq, kompensasiya məbləği ödəmək, həm də yenidən bina inşa etmək mənzillərin qiymətinə təsir edir".

M.Rüstəmov söküntülərin kirayə mənzil bazarına da ciddi təsir edəcəyini proqnozlaşdırır: "Əvvəllər kirayə mənzillərə daha çox tələbələr müraciət edirdi. Amma son iki-üç ildir kirayə axtaranlar sadəcə tələbələr deyil. Söküntü səbəbindən kirayə qalmağa məcbur olan insanlar da artır. Əvvəl kirayə mənzil axtaranda əşyalı evlərə üstünlük verərdilər. İndi isə insanlar binaları tikilənə qədər qalmaq üçün mənzil axtarırlar. Əşyalarını yerləşdirmək üçün də boş mənzillərə üstünlük verirlər".



"Tələb təklifi həddindən artıq üstələyir"

Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov da razılaşır ki, hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə kirayə mənzil çatışmazlığı yaşanır: "Belə ki, tələb təklifi həddindən artıq üstələyir. Bu da qiymətlərin artımına və kirayə şərtlərinin daha da çətinləşməsinə gətirib çıxarır. Əvvəl əşyalarla dolu və boş mənzillər arasında 25-30 faiz qiymət fərqi var idisə, artıq heç bir fərq müşahidə edilmir. Artıq sahibkarlar bilirlər ki, kirayə mənzil bazarında durğunluqdur. Əvvəllər bazara 30-40 mənzil çıxırdısa, hazırda bu rəqəm maksimum yeddi-səkkiz olur. Artıq insanlar əşyasız da olsa, təki mənzil olsun deyirlər, çünki seçim azdır. Kirayə elanı paylaşılan mənzil maksimum iki-üç saatdan sonra tutulmuş olur. Buna görə də evlərin əksəriyyətini əşyasız kirayə verirlər".

A.Nəsirovun fikrincə, kirayə mənzil bazarında qiymətlər hər gün yüksəlir. Bunun da səbəblərindən biri məhz söküntü işləridir: "Evləri sökülən vətəndaşlar kirayədə qalmalıdırlar. Bu da tələbi artırır. Qiymətlər artır. Bir neçə rayonda söküntü işlərinin eyni anda başlaması ilə tələb daha da arta bilər. Tələb təklifi bir neçə dəfə üstələyəcək. Bu baxımdan, söküntü işlərinin mərhələli şəkildə aparılması daha uyğundur".

Qiymət artımı bir neçə il davam edəcək

Ekspert planlaşdırılan söküntülərlə əlaqədar yaxın gələcəkdə Bakıda kirayə qiymətlərinin enməsinin mümkünsüz olduğu qənaətindədir: "Əksinə, düşünürəm ki, Bakıda kirayə qiymətləri hələ bir neçə il də artmaqda davam edəcək. Kirayə qiymətləri yalnız Bakıda reallaşdırılan pilot layihələr bitdikdən sonra enə bilər. Evləri hazır olan sakinlər mənzillərinə köçəcək, yeni tikilən binada da kirayəyə çıxarılan mənzillər olacağı üçün buna ümid edə bilərik. Amma yaxın illərdə gözlənilmir".



A.Nəsirovun sözlərinə görə, eyni səbəbin satış bazarına da təsir etdiyini söyləmək olar: "Satış bazarında da qiymət artımları davam edir. Keçən il 20 faizə qədər qiymət artımları müşahidə edildi. Satış bazarı üçün də ucuzlaşma mümkünsüzdür. 2025-ci il başlayandan da bu tendensiya davam edir. Bəzi vətəndaşlara evləri sökülərkən kvadratına görə pul ödənilir. İnsanlar da mənzil bazarına yönəlir. Beləliklə, tələbat artır, qiymətlər daha da yüksəlir. Pilot layihələr çərçivəsində köhnə binalar söküldükdən sonra yeni binaların tikintisinin gecikməsi də mənzil qiymətlərinə təsir edir. Layihə çərçivəsində tikintilər üş-dörd il çəkir. Burada tikinti şirkətindən, iş sürətindən, aldığı icazələrdən də çox şey asılıdır. Şəhərdə bəzi ərazilərdə yarımçıq qalan binalar var. Hansı ki, insanlar evlərinə köçə bilmirlər. Pilot layihələr həyata keçirilərkən bəzi vətəndaşların evlərindən çıxmaq istəməməsi kimi məsələlər də prosesi uzadır və gecikdirir. O səbəbdən yaxın günlərdə kirayə bazarında və mənzil satışında qiymət enmələri gözlənilmir".скачать dle 11.3
Mojo.az Banner