Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Həbs edilən "qumar kralı"nın 161 milyon manatlıq cinayət işi

14.02.2025 17:36 876
Həbs edilən
Ötən həftə qumarxana təşkil etmə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırması ittihamı ilə həbs edilən Yusif Baqiyev (Şəkili Yusif) sərbəst qalmaq istəyir.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, "qumar kralı" kimi tanınan Baqiyevin barəsindəki qərardan verilmiş şikayət araşdırılıb.

Bakı Apellyasiya Məhkəməsi ağır cinayətlərdə təqsirləndirilən şəxsin işində hər hansı dəyişiklik olmadığından şikayəti rədd edib. O, məhkəmə salonundan təcridxanaya qaytarılıb.

Bu işlə bağlı qalmaqal yaradan yeni məqam isə vurulmuş ziyanın məbləğidir.

Əldə edilən digər məlumata görə, Yusif Baqiyev qumarxanalar təşkil etməklə 161 milyon manata yaxın pul qazanmaqda ittiham edilir.

Mütəşəkkil dəstə halında törədilən cinayətdən qazanılan pulların böyük bir qismi həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.

İş üzrə istintaq hələ yeni başlayıb. Gələcəkdə ziyanın həcminin dəyişəcəyi də istisna edilmir.

Qeyd edək ki, Y.Baqiyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qərarı çıxarıb.

Son xəbərlər