Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rüşvət əvəzinə dünya çempionatına bilet - Meksikada məmur qalmaqalı

14.02.2025 12:28 660
Rüşvət əvəzinə dünya çempionatına bilet - Meksikada məmur qalmaqalı
Meksikanın iki yüksək rütbəli məmuru cərimələrin azaldılması müqabilində futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatına bilet tələb etdikdən sonra vəzifələrindən uzaqlaşdırılıblar.

Milli Şəffaflıq, Məlumata Giriş və Şəxsi Məlumatların Mühafizəsi İnstitutunun (INAI) əməkdaşları Conatan Mendoza Uzert və Migel Novoa Qomesin fəaliyyətləri Meksika Futbol Federasiyasının (FMF) dünya çempionatının açılışı üçün biletləri hədə-qorxu ilə tələb etmələrinə dair şikayət araşdırılana qədər dondurulub.

Dövlət qurumlarında şəffaflığı təmin etmək üçün 2002-ci ildə yaradılmış INAI-nin bu il Meksika hökumətinin qərarı ilə ləğv ediləcəyi bildirilir.

Qeyd edək ki, 2026-cı ildə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

Son xəbərlər