Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

General Nizam Osmanov sorğu-sual edilib: Yeni DETALLAR

14.02.2025 11:32 1 248
General Nizam Osmanov sorğu-sual edilib: Yeni DETALLAR
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov, onunla birgə eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəməsi gedir. Onlar əvvəlcə dövlət vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs ediliblər.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər elə ilkin istintaqda mənimsəmə epizodu ilə dövlətə dəymiş ziyanı tam şəkildə ödəyiblər. Bu, həmin ittihamın aradan qaldırılmasına səbəb olsa da, məsələni tamamilə həll etməyə imkan vermir.

Məmmədov və Laçınov həbsdən azad edilsələr də, vəzifə səlahiyyətlərini aşma cinayətinə görə məhkəmədə mühakimə edilirlər. Bu maddənin sanksiya həddi minimum üç, maksimum yeddi il həbs cəzasıdır. Amma işin hallarından asılı olaraq həbslə bağlı olmayan cəza da təyin edilə bilər.

Lakin işdə qalmaqallı məqam başqadır.

Məlumata görə, müdafiə nazirinin müavini - Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da bu cinayət işi üzrə dindirilib. General müstəntiqin çağırışı ilə prokurorluğa gəlib, bir neçə epizod üzrə sorğu-sual edilib. Bizə məlum olan budur ki, Osmanov işlə bağlı ətraflı danışmayıb. O, ifadəsində Elman Məmmədov və Rəhim Laçınovun təqsirləndirildikləri vəzifə cinayətlərindən xəbərsiz olduğunu deyib.

İstintaq orqanı generalın dedikləri ilə kifayətlənib. Onun əlavə ifadəsinə ehtiyac görülməyib. Beləliklə, keçmiş nazir müavininin adı məhkəmədə ifadə verməli olacaq şahidlər siyahısına daxil edilməyib. Səbəb isə Nizam Osmanovla təqsirləndirilən şəxslərin bir-birilərinə qarşı ifadə verməməsidir. Təqsirləndirilən şəxslərin hər ikisi deyib ki, onların əməlindən general Osmanovun xəbəri olmayıb. Buna baxmayaraq, məhkəmə gedişində ehtiyac yaranarsa, N.Osmanov əlavə şahid kimi hakim qarşısında dindirilə bilər.

Yaxın günlərdə E.Məmmədov və R.Laçınovun işi üzrə Bakı Hərbi Məhkəməsində baxış iclasları başlayacaq.

Qeyd edək ki, Nizam Osmanov 2023-cü ilin yayına kimi müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. Mənzil İstismar İdarəsi də həmin baş idarənin tabeliyində idi. General Osmanov vəzifəsindən azad edildikdən sonra postu da ləğv edilib.скачать dle 11.3
Mojo.az Banner