Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Gələn həftə Cənubi Koreya Prezidentinin həbsinin ləğvi ilə bağlı dinləmələr keçiriləcək

10.02.2025 19:56 1 413
Gələn həftə Cənubi Koreya Prezidentinin həbsinin ləğvi ilə bağlı dinləmələr keçiriləcək
Cənubi Koreya Prezidenti Yun Sok Yolun həbsdən azad edilməsi məsələsinin baxılacağı məhkəmə iclası gələn həftə keçiriləcək.

Bu barədə “Yonhap” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Seul mərkəzi rayon məhkəməsi dinləmələri fevralın 20-nə təyin edib.

Dinləmələr Yun Sok Yolun hərbi vəziyyətin uğursuz tətbiqi ilə bağlı cinayət işi üzrə ilk iclasla eyni vaxtda keçiriləcək.

Prezidentin özünün dinləmələrdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Son xəbərlər