Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Kanye Uest afroamerikalı həmkarlarını tənqid etdi: "Köləlik bir seçimdir"

08.02.2025 15:20 1 761
Kanye Uest afroamerikalı həmkarlarını tənqid etdi:
Məşhur amerikalı reper Kanye Uest yenidən diqqət mərkəzinə düşüb. O, afroamerikalı həmkarlarını tənqid edərək, onları insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur reper Diddinin (əsl adı - Şon Kombs) müdafiəsində qorxaqlıq və fəaliyyətsizlikdə günahlandırıb.

O, bu barədə "X"dəki paylaşımında bildirib.

"Bütün qaradərili məşhurlar qorxaqdır, onlar qardaşlarının həbsxanada çürüməsinə baxır və heç nə etmirlər. Bu "woke" cəfəngiyyatı cəhənnəm olsun, qaradərililər şikayətə aludə olublar, nəsə edin artıq. Köləlik bir seçimdir", - deyə Uest öz paylaşımında bildirib.

Reper həmçinin 2019-cu ilin əvvəlində Fransa polisi tərəfindən qrup halında zorlama ittihamı ilə saxlanılan müğənni Kris Braunun hadisəsini də xatırladıb. Uest qeyd edib ki, Braunu heç bir qaradərili ulduz onu müdafiə etməyib. Üstəlik, musiqiçi etiraf edib ki, özü də həmkarını dəstəkləməyə cəsarət etməyib.

Xatırladaq ki, Kris Braun saxlanıldıqdan sonra azadlığa buraxılıb. İfaçı ona qarşı bütün ittihamları "xarakterinə və əxlaqına zidd" olan yalan adlandırıb. Lakin bu hadisə müğənninin nüfuzuna və karyerasına ciddi təsir göstərib.

Diddi 2024-cü il sentyabrın 17-də cinsi istismar məqsədilə insan alveri, cinayət sövdələşməsi və fahişəliyə yardım ittihamları ilə həbs edilib. Polis onun evində seks oyuncaqları dəstləri, minlərlə uşaq yağı şüşəsi və qeydiyyatsız odlu silah aşkar edib. Məhkəmə 2025-ci il mayın 5-də Nyu-Yorkda baş tutacaq.скачать dle 11.3
Mojo.az Banner