Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

İsrail BMT-nin İnsan Haqları Şurasından çıxır

06.02.2025 11:45 1 251
İsrail BMT-nin İnsan Haqları Şurasından çıxır
İsrailin Xarici işlər naziri Gideon Saar ölkənin BMT-nin İnsan Haqları Şurasından çıxdığını açıqlayıb.

Bu barədə newsru.co.il məlumat verib.

"İnsan Hüquqları Şurası israrla Yaxın Şərqdəki yeganə demokratiyanı - İsraili şeytan kimi qələmə verir", - XİN rəhbəri "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Xatırladaq ki, bir gün əvvəl, fevralın 4-də Donald Tramp ABŞ-nin BMT-nin İnsan Haqları Şurasından çıxması və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) maliyyələşdirilməsini qadağan edən fərmanlar imzalayıb.

Son xəbərlər