Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Günəşdə güclü partlayışlar baş verdi

03.02.2025 22:24 1 965
Günəşdə güclü partlayışlar baş verdi
Fevralın 3-də Günəşdə sondan əvvəlki güc sinfində olan 7 partlayış baş verib.

Median.Az-
ın "Komsomolskaya Pravda" nəşrinə istinadən xəbərinə görə, bu barədə Tətbiqi Geofizika İnstitutu və Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat dərc olunub.

Məlumata görə, ən güclü partlayış Moskva vaxtı ilə təxminən səhər saat 7-də (Bakı vaxtı ilə 8-də) baş verib və 12 dəqiqə davam edib.

Partlayış aktivliyinin indeksi hazırda 10 ballıq şkala üzrə 8.7-dir. Yaxın iki gündə "X" sinfindən partlayışların baş vermə ehtimalı yüksəkdir.

Alimlərin fikrincə, Günəş aktivliyinin artması qlobal xarakter daşıyır. Ötən gün, fevralın 2-də ulduzun görünməyən tərəfində böyük partlayışlar, bu gecə isə daha bir partlayış qeydə alınıb. Aktiv mərkəzlər mərkəzi meridiana çıxıb ki, bu da onları maksimum təsir dövründə planetimiz üçün xüsusilə təhlükəli edir.

Son xəbərlər