Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi

03.02.2025 17:56 717
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu" haqqında qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşib:

- Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100 manat.

- Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi - 150 manat.

- Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi - 150 manat.

- Elektrik enerjisinin paylanmasına icazənin verilməsi - 150 manat.

- Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat.

- Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.

- Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.

- Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.

- "İxrac nəzarəti haqqında" qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi - 100 manat.

- İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi - 100 manat.

- Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi - 200 manat.

- Qazın nəqli üçün icazənin verilməsi - 150 manat.

- Qazın paylanmasına icazənin verilməsi - 50 manat.

- Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat.

- Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi - 100 manat.

- Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi - 150 manat.

- Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi - 150 manat.

- Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi - 150 manat.скачать dle 11.3
Mojo.az Banner