Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstanda iğtişaşların təşkilində təqsirli bilinən "Vəhşi Arman" həbsxanada özünə qəsd etdi

01.02.2025 16:39 1 356
Qazaxıstanda iğtişaşların təşkilində təqsirli bilinən
Qazaxıstanda iğtişaşlar təşkil etməkdə və adam qaçırmaqda ittiham olunan "Vəhşi Arman" həbsxanada özünə xəsarət yetirib.

Median.Az
-ın "Sputnik Qazaxıstan"a istinadla verdiyi məlumata görə, bu barədə Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Cəza İcra Sistemi Komitəsindən xəbər verilib.

Bildirilir ki, onun səhhəti qənaətbəxşdir.

"Məhkum özünə cüzi xəsarətlər yetirib. Tibbi yardım dərhal göstərilib. O, xüsusi nəzarət altındadır", - deyə məlumatda bildirilir.

Qurumdan vurğulanıb ki, faktla bağlı xidməti yoxlamalara başlanılıb.

Qeyd edək ki, "Vəhşi Arman" kimi tanınan Arman Cumageldinov Almatıda 2022-ci ilin yanvar iğtişaşlarından dərhal sonra həbs edilib. O, bu iğtişaşların təşkilində ittiham olunub.

İstintaqın versiyasına görə, "Vəhşi Arman" iğtişaşlar zamanı insanları oğurlayıblar: 24 təsadüfi sakini qaçırıb və döyüblər. Nəticədə bir nəfər vəfat edib.

Onunla birlikdə daha altı nəfər saxlanılıb, onlardan müxtəlif markalı və çaplı dörd yarımavtomat tapança, döyüş sursatı, soyuq silah və zirehli avtomobil müsadirə edilib.

Baş Prokurorluqdan bildirilib ki, Cumageldinov iğtişaşlar təşkil etməli, kütləni nəzarətə götürməli və hakimiyyətə vahid ultimativ tələblər irəli sürmək üçün "xalq şurası" yaratmalı idi. Bu işdə ona Almatı Məslihatının keçmiş deputatı və Qazaxıstan hotelinə təşkilatlanmış şəkildə girən banditləri silahlandıran cinayətkar qrupun fəal üzvü Talqat Maxatov kömək edib.

Cari il yanvarın 27-də "Vəhşi Arman" 20 il müddətinə həbs cəzasına məhkum edilib.

Son xəbərlər