Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Qırğızıstanda çevrilişə cəhd ittihamı ilə deputat saxlanıldı

08.07.2024 13:11 1 518
Qırğızıstanda çevrilişə cəhd ittihamı ilə deputat saxlanıldı
Qırğızıstanda kütləvi iğtişaşlar təşkil etməyə və hakimiyyəti zorakılıqla ələ keçirməyə açıq çağırış etməkdə ittiham olunan deputat saxlanılıb.

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Mətbuat Xidməti xəbər yayıb.

Məlumata görə, söhbət "Ata Yurd Qırğızıstan" fraksiyasından olan deputatdan gedir. Qurum onun inisiallarını - N.J.K. açıqlayıb.

"Facebook" sosial şəbəkəsinin fəal istifadəçisi olan N.J.K. vaxtaşırı kütləvi iğtişaşların təşkili və hakimiyyətin zorakılıqla devrilməsi və ya ələ keçirilməsi çağırışları da daxil olmaqla, tendensiyalı və təxribat xarakterli materiallar dərc edib", - deyə məlumatda bildirilib.

"AKIpress" nəşri söhbətin 2012-ci ildən Kerbən şəhər keneşində (məclisində) deputat olan Janarbek Nadırbekovdan getdiyini iddia edib.

Qeyd edək ki, 2024-cü ilin əvvəlindən bu, Qırğızıstanda zorakı yolla hakimiyyəti ələ keçirmə planları ilə bağlı ilk səs-küylü həbs deyil. Apreldə Qazaxıstanla sərhəddə xüsusi xidmət orqanlarının versiyasına görə, kütləvi iğtişaşlar təşkil etməyi planlaşdıran qırğız biznesmeni saxlanılıb. İyulun əvvəlində isə hakimiyyəti ələ keçirməyə cəhd etdiklərinə görə beş qırğız həbs olunub.скачать dle 11.3
Mojo.az Banner