Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağcabədiyə atası evinə qonaq gəlmişdi, partlayışda iki uşağını itirdi - VİDEO (YENİLƏNİB)

31.01.2025 15:10 1 539
Ağcabədiyə atası evinə qonaq gəlmişdi, partlayışda iki uşağını itirdi - VİDEO (YENİLƏNİB)
"Ağcabədidə əl qumbarasının partlaması nəticəsində xəsarət alan Ülviyyə Məmmədli Bərdədən atası evinə bir neçə günlük qonaq gəlibmiş".

Bunu oxu.az-a açıqlamasında Ağcabədi rayonu Hindarx qəsəbəsinin icra nümayəndəsi Elgün İsmayılov deyib.

O bildirib ki, Ülviyyə Şamiq qız Məmmədlinin hər iki övladı hadisə nəticəsində həyatını itirib:

"Uşaqlardan biri 2018-ci il, digəri isə 2015-ci il təvəllüdlüdür. Hadisə zamanı Ü.Məmmədlinin həyat yoldaşı Bərdə şəhərində olub. Hazırda Ülviyyə Məmmədli və onun qardaşı uşağı xəstəxanadadır. Xəstəxanada olan uşağın sözlərinə görə, əl qumbarası zibillikdən tapılıb".

* * * * *

"Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayışda xəsarət alan iki nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".


Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.

Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.

Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

* * * * *

Ağcabədidə evdə qumbara partlayıb.


Median.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.

Partlayış nəticəsində ev sahibi ilə yanaşı oğlu, iki nəvəsi və gəlini həyatını itirib. Onların üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.

Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirildiyi bildirilir.

* * * * *

Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində beş nəfərin ölməsi, iki nəfərin yaralanması ilə nəticələnən partlayış hadisəsi baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

* * * * *

Ağcabədidə əl qumbarası partlaması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.


Median.Az "Trend"ə istinadən xəbər verir ki, hadisə zamanı Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamil həlak olublar. Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb.

Qeyd edək ki, yaralıların sayı 3-ə çatıb.

* * * *

Ağcabədidə əl qumbarası partlayıb, ölən və yaralılar var.

Median.Az
Trend-ə istinadən bildirir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Hadisə nəticəsində beş nəfər ölüb, iki nəfər isə yaralanıblar.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.скачать dle 11.3
Mojo.az Banner