Mojo.az Banner
20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |     19:35 Rusiyada həbsdə olan vəkil Elman Paşayev pensiyasının bərpası üçün iddia qaldırıb  |     19:16 Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib  |     18:48 Gəmi qəzasının 15 qurbanının axtarışı davam edir  |     18:40 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var"  |     18:37 Naxçıvan şəhərində su təchizatında fasilə yaranacaq  |     18:37 Yunanıstanda qırıcı təyyarə qəzaya uğradı  |     18:11 Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu  |     17:56 Həkimlər bu 5 gigiyena məhsulunu dərhal atmağı məsləhət görür  |     17:39 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı  |     17:33 Hava ilə bağlı XƏBƏRDARLIQ: Külək güclənəcək  |     17:32 Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq  |     17:20 Bu məktəblərin fəaliyyəti dayandırılacaq  |     17:13 Tələbə yataqxanalarında vəziyyət necədir? - Qiymətlər, yerlər və güzəştlər  |    
Left Banner
Right Banner

Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi

31.01.2025 12:52 1 263
Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi
ABŞ Fövqəladə Hallar Xidmətinin əməkdaşları Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olanlardan 40-nın cəsədini aşkar ediblər.

Bu barədə CBS telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.

Bildirilib ki, bəzi cəsədlər sahilə axınla çıxıb, digərləri isə suyun altında tapılıb.

O da qeyd olunub ki, hazırda dalğıclar üçün əlçatmaz olan təyyarənin quyruq hissəsində də cəsədlər qala bilər.

Xatırladaq ki, yanvarın 29-da "American Airlines" aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və ABŞ Quru Qoşunlarının "Black Hawk" helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarə Kanzas ştatından uçub, göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. Qəzadan sağ qalan olmayıb.скачать dle 11.3
Mojo.az Banner