Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevirdə ötən həftə maşın vuran piyada xəstəxanada ölüb

30.01.2025 19:14 1 401
Mingəçevirdə ötən həftə maşın vuran piyada xəstəxanada ölüb
Mingəçevir şəhərində ötən həftə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Yanvarın 23-də Mingəçevir şəhərində "VAZ" markalı avtomobil 2010-cu il təvəllüdlü Amil Rzayevi vurub.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq o, yanvarın 30-da müalicə aldığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər