Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib

29.01.2025 22:55 1 467
Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib
Suriyanın yeni hakimiyyət orqanları Rusiyadan ölkənin keçmiş prezidenti Bəşər Əsədin onlara təhvil verilməsini istəyib.

Median.Az xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.

"Ölkənin yeni lideri Əbu Məhəmməd əl-Culani Moskvadan dekabr ayında üsyançılar tərəfindən devrildikdən sonra Rusiyaya qaçan keçmiş prezident Bəşər Əsədin ekstradisiyasını tələb edib", - məqalədə bildirilir.

Bundan əlavə, Suriyanın yeni rəhbərliyi Əsəd rejiminin devrilməsindən sonra nümayəndə heyətinin ilk səfəri zamanı Rusiyadan "etimadın bərpası" məqsədilə təzminat tələb edib.

Son xəbərlər