Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Lənkərandakı ağır qəzada xəsarət alanlardan 17 nəfər evə buraxılıb

29.01.2025 15:38 1 497
Lənkərandakı ağır qəzada xəsarət alanlardan 17 nəfər evə buraxılıb
Ötən gün Lənkərandakı ağır qəzada xəsarət alanlardan bir nəfərin müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində, altı nəfərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib.

Qeyd olunub ki, yaralıların vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan 24 nəfər (13 qadın, 10 kişi, bir azyaşlı olmaqla) bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu ilə xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunmuşdu. Müayinələrdən sonra 17 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Son xəbərlər