Mojo.az Banner
22:06 Azərbaycanda uşaqlar arasında yayılan virus nədir?  |     22:01 AFFA 14 turda klubları 193 min cərimə edib - Pullar hara gedir?  |     21:53 Avtomobili ilə "Liverpul" azarkeşlərinə hücum edən şəxs 21 il həbs cəzası alıb  |     21:48 Azərbaycanda çay istehsalı azalıb  |     21:41 "Ford" maliyyə itkiləri və Trampın siyasətinə görə elektrik avtomobillərdən imtina edir  |     21:37 Banka kreit borcu olanlar üçün VACİB XƏBƏR  |     21:21 Putinin Türkiyəyə səfəri gözlənilir  |     21:19 "Babək qalası" adlandırılan QƏDİM TİKİLİDƏ arxeoloji qazıntı işləri aparılacaq? (Video)  |     21:10 ÜST: "Honkonq qripi" sürətlə yayılır"  |     21:05 Ermənistanda hərbi xidmətin müddəti azaldıldı  |     20:58 Vardanyanın məhkəmə istintaqı yekunlaşdı  |     20:43 Naxçıvanda son 1 ayda 85 nəfər məsuliyyətə cəlb edilib  |     20:37 Göyçayda qəza olub, xəsarət alan var  |     20:30 Ailəsi o qızı təhsildən belə yayındırıbmış - Rəsmi  |     20:24 DİQQƏT: Bəzi ərazilərdə qaz olmayacaq  |     20:17 Elektron siqaretlərdən istifadə edənlər cərimələnəcəklər?  |     20:08 Ukrayna Kirkorovu axtarışa verdi  |     20:02 19 yaşlı qız dəm qazından öldü  |     19:55 Bura hansısa xarici ölkə deyil, Bayıldır... - Video  |     19:50 Reabilitasiya mərkəzindəki ölümə görə - 10 il 6 ay həbs aldı  |    
Left Banner
Right Banner

Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib

28.01.2025 17:12 537
Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib
Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi qaydaları müəyyənləşib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Miqrasiya Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Belə ki, dəyişikliyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların orada yerləşdirilməsi barədə qərara uyğun olaraq qəbul edildikləri andan hesablanacaq.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddət başa çatanadək onların mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə həmin şəxsin orada yerləşdirilməsi müddətinin başa çatmasına 1 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir. Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyət orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar qəbul ediləcək.

Həmçinin, mərkəzdə saxlanılanların yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar ora daxil olduqda dərhal icra edilməlidir.

Məcəlləyə əlavə edilən maddələrə görə, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda müəyyən olunmuş müddət başa çatdıqda və bu müddət uzadılmadıqda mərkəzin rəisi müvafiq qərar olmadan protokol tərtib edəcək və bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin orada məcburi yerləşdirilməsi barədə qərar qəbul etmiş vəzifəli şəxsə və ya hakimə məlumat verməklə şəxsi azad edəcək.скачать dle 11.3