Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Almaniya millisi Naqelsmanla müqaviləni uzatdı

25.01.2025 18:18 978
Almaniya millisi Naqelsmanla müqaviləni uzatdı
Almaniya milli komandası baş məşqçisi Yulian Naqelsman ilə müqavilə müddətini uzadıb.

Bu barədə Almaniya Futbol Federasiyası məlumat yayıb.

Naqelsmanla 2028-ci ilə qədər müqavilə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabr ayından Almaniya seçməsini çalışdırır. Yığma onun rəhbərliyi altında 18 oyun keçirib. Bu matçlarda 10 qələbə, 5 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb.

Son xəbərlər