Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:05 "Gün keçdi" filminin davamı çəkilə bilər | 20:00 Tarixi gəmi turistlər üçün batırılacaq | 19:53 Kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəb: Alış və satış qiymətlərinə limit təklifi | 19:44 Ucuz kredit vədi ilə bank hesablarını boşaltdılar - 120 nəfər hədəfə alındı | 19:43 Dünyanın ən populyar krossoverləri (SİYAHI) | 19:41 Onlayn ticarətdə qaydalar dəyişir: "Köhnə satıcılar" üçün çətin günlər başlayır | 19:36 Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Adları | 19:19 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı | 19:04 Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdü | 18:55 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" |
Mojo.az Avto
Mojo.az Avto

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?

16.01.2025 12:35 885
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Qızıl alverçilərinin külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs Günay Həziyevanın növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
"Unikal"a istinadla xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutub.

İlk olaraq şahid Taleh Babayev ifadə verərək bildirib ki, atası Sevda xanımla ortaq qızıl alveri edib:

"Atama aid olan qızılları Sevda xanım vermişdi Günaya. O da pulu vermirdi. Sonra Sevda xanımdan qızılımızı tələb etdik. Günay xanımla bir dəfə şəhərdə görüşmüşük. Orada dedi ki, hər ay 500-1000 manat ödəniş olunacaq. Ümumi borc məbləği 186 min manat idi. Onun 30 min manatı bizə çatmalı idi. Biz Sevda xanımla ortaq idik. Pulla bağlı Günay xanımın xalasıgilə getdik, orada mübahisə yarandı, onlar polisə müraciət etdilər. Bizim Mərkəzi Univermaqda qızıl piştaxtamız olub. Atam xəstələndikdən sonra həmin biznesi mən davam etdirdim".

Daha sonra Talehin istintaqda verdiyi ilkin ifadəsi elan olunub.

Bəzi şahidlər məhkəmə prosesinə gəlmədiyindən onlar barədə məcburi gətirmə qərarı çıxarılıb.

Təqsirləndirilən şəxsin vəkili lombard işçisi olan Orxan İsayevin məhkəmə prosesinə çağırılması barədə vəsatət verib.

Zərərçəkən şəxsin vəkili isə lombard işçisinin çağırılmamasını, təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Səbuhi Həziyevin və anası Lətafət Məmmədovanın məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verib. Hakim müşavirə edərək vəsatətin qəbul olunması barədə qərar verib.

Məhkəmə prosesi 30 yanvar tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, cinayət işində 4 nəfər qızıl alverçisi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxs Günay Həziyeva barəsində isə azyaşlı uşağı olduğu üçün polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Son xəbərlər