Vəfat edən 9 yaşlı Aytacın atası qızının yasına gəlməkdən imtina edibmiş - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:52 Metroda QR-kodla ödənişlərdə problem yaşanır  |     17:43 Biləsuvardakı ovçuluq təsərrüfatında balıqların kütləvi ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA  |     16:27 Vilayət Eyvazovun Xaçmazda vətəndaş qəbulunun tarixi dəyişdi  |     16:20 "Prava"sız mikroavtobus sürdü, həbs edildi - VİDEO  |     16:15 Bakıda TIR-la minik maşını qəza törətdi  |     15:43 27 min manata aldığı torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb  |     15:31 Yolda dava zamanı həmkəndlisini döyərək öldürməkdə ittiham edilən şəxsə hökm oxunub  |     15:15 Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı  |     15:10 Azərbaycanda 75 minə yaxın şəxs əlavə PUL ALACAQ  |     15:08 Türkiyədə hotel və restoranlarda "İsveç stolu" ləğv edilə bilər  |     14:20 Xalq şairi Qabil İmamverdiyevin doğum günüdür  |     13:54 Azərbaycanda kreditlərlə bağlı yenilik - Mərkəzi Bankdan QƏRAR  |     13:33 İlham Əliyevdən Hicran Hüseynova ilə bağlı SƏRƏNCAM  |     13:25 Bu gün keçiriləcək avrokubok görüşlərini hansı kanallardan izləmək olar?  |     13:20 Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi dəyişdi - SƏRƏNCAM  |     13:04 Ermənistan Prokurorluğu Robert Koçaryandan milyonların geri qaytarılmasını tələb edir  |     12:53 Aytən Səfərova: "Cinayətim olmayıb, ajiotaj yaradırlar"  |     12:50 Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutuldu - FOTO  |     12:46 Donald Tramp: "İlham Əliyev və Nikol Paşinyan mənim yaxşı dostlarımdır" - FOTO  |     12:45 Ermənistan parlamentinin sədri: "Azərbaycanla imzalanan sülh sazişi gənclər üçün geniş qapılar açır"  |    

Vəfat edən 9 yaşlı Aytacın atası qızının yasına gəlməkdən imtina edibmiş - TƏFƏRRÜAT

Ağcabədi rayonunun Ağabəyli kənd sakini, 2015-ci il təvəllüdlü Aytac Novruzovanın vəfat etməsi ilə bağlı bəzi detallar məlum olub.

Bununla bağlı onun babası Heydər Hüseynov Oxu.Az-a açıqlamasında danışıb. O qeyd edib ki, on yaşlı nəvəsinin hər hansı xəstəliyi olmayıb:

"Vallah, elə bir xəstəliyi yox idi. Uşaq idi də, arada bir hamının uşağı kimi naxoşlayırdı, qızdırması da olurdu, öskürəyi də.

Rəhmətə getməmişdən əvvəl uşaq çöldə oynayıb. Həmin axşam əhvalı bir az çönüb. Nənəsi də getmişdi. Nənəsi soruşub ki, haran ağrıyır? Deyib ki, nənə, bir az böyrüm ağrıyır. Olardı axşam saat altı, ya yeddi - bu aralar. Onlar da dədə-baba üsulu ilə uşağın ayağını isti suya qoyublar ki, bəlkə, soyuqlayıb.

Qız qalıb anasının yanında, nənəsi gəlib. Uşaq normal yatıb. Gecə saat dörd olardı, qızım zəng edib ki, ana, durma gəl, Aytac ölür, Aytacın vəziyyəti ağırdır. Durub qaçaraq özümüzü çatdırdıq, baxdım ki, uşaq yoxdur, ölüb artıq.

Yəni əlimi atdım xirtdəyinə ki, dilini çəkəm, gördüm yox, dil qayıdıb yerinə, qıcolma deyil. Bilirəm ki, qıcolma olanda uşağın dili qatlanır, nəfəs tutulur. Durmadım, tez təcili tibbi yardım çağırdım. Haradasa, yarım saata, ya 20 dəqiqəyə gəldilər, baxdılar, onlar da dedilər ki, qız keçinib.

Sonra da gecə ilə müstəntiq, polis gəldilər ki, bəs meyit aparılmalıdır ekspertizaya. TTY gəldi, səhər tezdən uşağın meyitini apardıq. Orada da müəyyən etdilər ki, uşağın ağciyəri qapqara olub. Daxili qızdırması olub, üzə vurmayıb".

Hadisədən əvvəl Aytacı hansısa həkimə aparıb-aparmadıqları barədə suala cavabında isə H.Hüseynov bildirib ki, təxminən ayyarım əvvəl anası onu həkimə aparmışdı.

"Yüngülvari məsələlər idi. Ciddi bir şey yox idi uşaqda. İndi ondan balaca bacısı var evdə, altı-yeddi yaşında, uşaq rəhmətə gedən gün elə onu da apardıq həkimə. USM-dən keçirdik, dedilər, bir az qanı azdır deyə qaraciyərində bərkimə gedir, qanı artmalıdır, yəni ciddi bir xəstəliyi yoxdur. Müalicə olunmalıdır, ona da dava-dərman edirik. Yasımız bu gün qurtardı. İndi onu da axşam aparacağam xəstəxanaya, qalsın orada, müalicə alsın", - H.Hüseynov deyib.

H.Hüseynov onu da diqqətə çatdırıb ki, Aytacın valideynləri üç il olar ki, boşanıblar. Uşağın atası başqa rayonda, İmişlidə olur. Ona xəbər versələr də, ata yasa gəlməkdən imtina edib.

"Qızım mənimlə qalır, uşaqların atası isə İmişlidə olur. Uşaq rəhmətə gedən gün onun nömrəsinə düşə bilmədim, zəng çatmadı. İndi boşanıbsa da, uşağın atasıdır axı, mən deməliyəm bunu ona. Alınmadı. İmişlidə aliment verilən yerdə işləyən bir müəllim var. Ona zəng etdim ki, bəs hal-qəziyyə belədir. Mən onun nömrəsinə düşə bilmirəm, bəlkə, siz düşərsiniz. Zəng edin, deyin ki, uşağın başına belə bir iş gəlib. O da dedi ki, mən də zəng etdim, zəng çatmadı, amma qohumlarına dedim.

Gözlədim, yenə də zəng etmədi. Sonra dünən qaynıma dedim ki, mən onunla danışmıram, ona bir də sən yaz ki, məsələ belədir. O da zəng edib qaynıma deyib ki, mənim uşağım yoxdur. Mənə uşaq lazım deyil".

"Aytacın atasının, təxminən, 42-43 yaşı olar. Bilmirəm, evlidir, ya subaydır. Sadəcə, bu, onun uşağıdır və mən bunu ona deməli idim. Qızım da heç yerdə işləmir. Aliment alırdı, bir də sosial yardım alır. Mən də kömək edirəm, özü də pis-yaxşı dolanır", - deyə H. Hüseynov vurğulayıb.

Xatırladaq ki, Ağabəyli kənd sakini, 2015-ci il təvəllüdlü A.Novruzova dünən saat 6 radələrində yaşadığı evdə ölüb. Onun pnevmoniyanın yaratdığı yüksək qızdırmadan dünyasını dəyişdiyi bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            648 15.01.25 19:16